Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qars müqaviləsinin gündəmə gəlməsi nə Türkiyəyə sərf edir, nə də Rusiyaya"

© Sputnik / Aleksey DruzhininPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
İki böyük dövlət arasında əldə olunmuş anlaşma bölgənin sabitlik zəmanəti hesab olunur. Siyasi müşahidəçilər müqavilənin qüvvədən düşməsini həm Rusiya və Türkiyə, həm də Cənubi Qafqaz ölkələri üçün təhlükəli hesab edirlər.

BAKI, 10 fev — Sputnik. Rusiya Kommunist Partiyasından olan deputatlar Türkiyə ilə 1921-ci ildə imzalanmış Qars sazişinin ləğv olunmasını təklif ediblər.

Moskvada Kreml - Sputnik Azərbaycan
Moskva Rusiya-Türkiyə gərginliyinin yumşaldılmasında vasitəçilərə ehtiyac görmür
"Biz ölkəmiz və onun müttəfiqləri üçün əlverişsiz olan bütün Rusiya-Türkiyə sazişlərinə yenidən baxılması imkanının hüquqi yollarına baxmalıyıq. Ankara münaqişənin eskalasiyasının onun üçün nə ilə nəticələnəcəyini anlamalıdır. Yalnız bu onu ayılda və yeni təxribatlardan yayındıra bilər" — deyə kommunistlər bildiriblər.

"Ədalətli Rusiya" fraksiyasından olan millət vəkilləri də artıq öz kommunist həmkarlarını dəstəkləyiblər.

"Qars müqaviləsi Rusiyanın maraqlarının ziddinə imzalanıb. Gürcüstan və Ermənistan da bu sazişin şərtlərini tanımır və onu ədalətsiz hesab edir"- deyə deputat Oleq Paxolkov qeyd edib.

Məsələni Sputnik-ə şərh edən Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq Yusuf Çınar bildirib ki, Qars sazişi Türkiyənin şərq sərhədlərini müəyyən edən çox vacib müqavilədir: "Təxminən 100 il əvvəl imzalanmış müqavilənin ləğvini istəmək beynəlxalq hüquq kontekstində bu günə qədər problemsiz davam edən öhdəliklərə riayət etməməkdir. Belə bir istəyin həyata keçməsini həm beynəlxalq siyasət çərçivəsində həm də beynəlxalq hüquq nəzdində mümkün görmürəm".

Yük avtomobili - Sputnik Azərbaycan
Rus yük avtomobillərinin Türkiyə ərazisindən keçişi qadağan ediləcək?

Politoloqun sözlərinə görə, bunlar Ermənistanın tez-tez dilə gətirdiyi iddialardır: "Ermənistan 1991-ci ildə müstəqilliyini qazananda Qars müqaviləsinin etibarlı olmadığını, Sevr Nizamnaməsinin nəzərə alınmasının lazım olduğunu bildirmişdi. Ancaq bunlar xülya idi və elə də qaldı. Bilirsiniz ki, Sevr "Böyük Ermənistan"ın qurulmasını təmin edirdi".

"Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi 1920-ci il avqustun 10-da "Müttəfiq Dövlətlər" və Türkiyə arasında imzalandı. Lakin bu müqavilə sonradan Mustafa Kamal Atatürk tərəfindən tanınmayaraq, 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olundu", —deyə Y. Çınar bildirib.

Türkiyəli siyasi şərhçinin fikrincə, Rusiyada kimlərsə bu cür iddialar ortaya atsalar da, rəsmi Moskva məsələnin ciddiliyini anlayır: "Bu baxımdan, Rusiya rəhbərliyinin bu cür həssas məsələdə məntiqli davranacağını düşünürəm. Çünki Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi və qüvvədən düşməsini tələb etmək, nə Türkiyə, nə də Rusiyaya sərf edir".

Mövzu ilə bağlı Sputnik-ə danışan, tarix elmləri üzrə fəlsəfə doktoru Roza Arazova, həmişə olduğu kimi, bu dəfə də diplomatlarımızı ləng davranmaqda təqsirləndirib: "Biz gözləyirik ki, bizim əleyhimizə hər hansı sərsəm iddialar qaldırılsın, ondan sonra diplomatik kanallarımızı işə salaq".

"Bu, çox ciddi məsələdir. Söhbət tək Türkiyənin şimal-şərq bölgələrindən yox, həm də Naxçıvanın təhlükəsizliyindən gedir. Ümid edirəm, həm Türkiyə, həm də Azərbaycan rəsmiləri təxirəsalınmaz tədbirlər görərlər", —deyə tarixçi vurğulayıb.

Gürcüstan sərhədi - Sputnik Azərbaycan
ABŞ Gürcüstanın Ermənistanla sərhədini möhkəmləndirir

Xatırladaq ki, 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhurriyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində, həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində sülh müqaviləsi imzalananıb.

Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi. Müqaviləyə əsasən, Türkiyənin indiki sərhədləri müəyyənləşmiş, o cümlədən Naxçıvan ömürlük Azərbaycan torpağı kimi qeyd olunmuşdu.

Xəbər lenti
0