Rus yük avtomobillərinin Türkiyə ərazisindən keçişi qadağan ediləcək?

Yük avtomobili
Yük avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Yavuz: "Bu istiqamətdə qərar verilsə, hər iki tərəf gəlirdən məhrum olacaq. Nə qədər gec deyil, hər iki dövlət bu ziyandan qayıtmalıdır"

BAKI, 3 fev — Sputnik. Rusiyaya məxsus yük avtomobillərinin Türkiyə ərazisindən keçməsi qadağan edilib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Avtomobil Yükdaşıma Assosiasiyasının məlumatında deyilir.

Türkiyə və Rusiya bayrağı - Sputnik Azərbaycan
Rusiya Türkiyəyə güzəştli qaz satışını dayandırdı

Məlumatda qeyd olunur ki, buna səbəb Türkiyənin 2015-ci il üçün verdiyi icazənin müddətinin bitməsidir: "Hələ də Türkiyə tərəfindən 2016-cı ildə yükdaşımalara aid icazə sənədi daxil olmayıb. Hazırda Rusiya Nəqliyyat Nazirliyi məsələnin həlli üçün çalışır. Türkiyə tərəfinə məsələ ilə bağlı yenidən müraciət göndərilib".

Hələlik Türkiyə tərəfdən bu müddətin uzadılıb-uzadılmayacağı barədə qərar verilməyib. Sputnik-ə açıqlamasında mövzuya münasibət bildirən türkiyəli politoloq Əhməd Yavuz, iki ölkə münasibətlərinin daha da gərginləşməsinin hər iki tərəfin də ziyanına olacağını bildirib.

"Rusiya türk tırlarının ölkə ərazisindən istifadəsinə, təyyarə böhranından sonra limit qoymuşdu. Bu qərar rus bazarına, o cümlədən iqtisadiyyatına olduqca mənfi təsir göstərmişdi. İndi bildiyim qədərilə analoji addımı Türkiyə atmaq istəyir", —deyə şərhçi bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə qərar verilsə, bu, müəyyən gəlirdən məhrum olmaq deməkdir: "Zənnimcə, hər iki dövlət nə qədər gec deyil, bu ziyandan qayıtsalar, yaxşıdır".

Qeyd edək ki, Rusiya hökuməti, təyyarəsinin türk ordusu tərəfindən vurulmasından sonra, bu ölkəyə irimiqyaslı sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalar tranzit yük daşımalarını da əhatə edir.

Xəbər lenti
0