ABŞ Gürcüstanın Ermənistanla sərhədini möhkəmləndirir

© SputnikGürcüstan sərhədi
Gürcüstan sərhədi - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq, saziş də imzalanıb.

Bakı, 1 fev — Sputnik. Sputnik, Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi Vaşinqton Gürcüstan-Ermənistan sərhədinin möhkəmləndirilməsi üçün 10 milyon dollar ayırıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saziş Tiflisdə Gürcüstan Sərhəd Polisi və ABŞ-ın hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.

Razılıq əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparan videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur.

İlk növbədə "Qasımlı" və "Keda" sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.

Xəbər lenti
0