CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı restoranları devalvasiyaya təslim oldu

© Flickr / Kevin SpencerRestoran masası
Restoran masası - Sputnik Azərbaycan
Abunə olmaq
Kafe-restoranlarda qiymətlər bahalaşıb, həmçinin ciddi şəkildə müştəri qıtlığı yaşanır

BAKI, 3 fev — Sputnik. Manatın devalvasiyasından sonra xidmət sektorundakı bahalaşma paytaxtda yerləşən kafe və restoranlardan da yan keçməyib. Restoran sahibləri artıq öz menyularında dəyişikliklər ediblər.

Sputnik əməkdaşı məsələni yerində araşdırmaq məqsədilə şəhərdə yerləşən bir neçə kafedə olub. Üz tutduğumuz kafelərdə müştəri azlığının şahidi olduq. Elə kafe işçiləri özləri də bildirdilər ki, həm havaların soyuması, həm də insanların sosial vəziyyətinin aşağı düşməsi səbəbindən, ötən illərlə müqayisədə müştərilərin sayında xeyli azalma var.

Qədir İbrahimli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Ölkədə süni qiymət artımı varsa, deməli monopoliya var"

İlk öncə ən məşhur kafelərdən sayılan "Büyük Fırat", KFC və "Mado"ya yaxınlaşdıq. Bütün növ qidaların minimum 10 qəpik, maksimum 1 manata qədər bahalaşdığını öyrəndik.

Orta və xırda sahibkarlara məxsus kafelərdə isə vəziyyət nisbətən yaxşıdır. Bu tip məkanlarda bahalaşma 10-50 qəpik arası dəyişir.

Məsələn "Memar Əcəmi" metrostansiyası yaxınlığında fəaliyyət göstərən "Menzo" çay evində, çayın fincanı əvvəl 50 qəpik idisə, indi 1 manatdır.

Qiymətlərində dəyişiklik etməyən nadir kafelər də var. Misalçün "Kral" şadlıq evinə yaxın, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Qabırğa Kabab Evi" hələ də müştərilərinə köhnə qiymətlərlə xidmət göstərir. Restoranın administratoru Emin Rəsulzadə, digər restoranlarda yeməyin, xüsusilə də kababın qiyməti 5-7 manata qalxdığı halda, onlarda bunun hələ də 4 manat olaraq qaldığını deyib.

"Biz həm insanların güzəranını nəzərə alaraq, həm də müştərilərimizi itirməmək üçün qiymət artımına getmirik. Baxmayaraq ki, gəlirimiz əvvəlki vaxtlara nisbətən azalıb", —deyir administrator.

Yeməkləri maya dəyərindən olduqca baha satan restoranlar olduğunu deyən Rəsulzadə, bunun ticari əxlaqa da zidd olduğunu söyləyib: "Əgər bir pors yeməyin maya dəyəri 2 manat edirsə, bunu 7 manata satmaq doğru deyil. Maksimum 5 manata sata bilərsən. Təəssüflər olsun ki, bəzi həmkarlar çox vaxt qeyri-peşəkar addımlar atırlar".

Tikinti materialları bazarı. - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ən çox bahalaşmaya məruz qalan tikinti materialları bəlli oldu

Paytaxtda fəaliyyət göstərən kiçik kafelərdə də qiymət artımı baş verib. Belə ki, salat və digər "xolodnı"ların qiymətlərində 0.50 manat, yeməklərin porsunda 0.50-1 manat, spirtli içkilərin şüşəsində 1-2 manat qiymət artımı yaranıb.

Bir çox ekspertlər isə düşünürlər ki, eyni yeməyin fərqli restoranlarda müxtəlif qiymətdə olması, icarə haqqının qiymətindən də asılıdır.

Restoran idarəçiliyi sahəsində uzun illər təcrübəsi olan, eksper Fərid Babayev hesab edir ki, "Sahil" metrostansiyası ətrafında yerləşən kafelərlə, "Nəriman Nərimanov" metrosu yaxınlığında yerləşən kafelərin qiymətlərində fərq olması normaldır.

"Biz bilirik ki, şəhərin mərkəzindəki arenda qiymətləri ilə bir az ətrafdakı yerlərin arenda dəyəri fərqlidir. Ona görə də mərkəzdə restoran işlədən insan istər-istəməz yeməyin qiymətini baha edir. Yoxsa yer pulunu çıxarmaq mümkünsüz olar".

Xəbər lenti
0