Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ən çox bahalaşmaya məruz qalan tikinti materialları bəlli oldu

© Sputnik / Fuad HəsənovTikinti materialları bazarı.
Tikinti materialları bazarı. - Sputnik Azərbaycan
Abunə olmaq
Devalvasiya xaricdən gətirilən materialların qiymətinin xeyli dərəcədə artmasına səbəb olmaqla yanaşı, əhalinin alıcılıq qabiliyyətini də zəiflədib

BAKI, 15 yan — Sputnik. Dolların kəskin bahalaşması digər sahələrlə yanaşı, tikinti materialları bazarına da təsir göstərib. Sputnik əməkdaşının apardığı müşahidələr göstərir ki, bir çox tikinti materialları bahalaşıb. Bununla yanaşı satışın həcmində ciddi azalma müşahidə olunur.

© Sputnik / Fuad HəsənovTopdansatış bazarında durğunluq hökm sürür.
Topdansatış bazarında durğunluq hökm sürür. - Sputnik Azərbaycan
Topdansatış bazarında durğunluq hökm sürür.

Bakı-Sumqayıt yolunun kənarında, Binəqədi rayonu ərazisində yerləşən məşhur "Eurohome Tikinti Materialları" topdansatış bazarında durğunluq hökm sürür. Satıcılar və obyekt sahibləri alverin yox dərəcəsində olduğundan gileylənirlər.

"Materialların çoxu bizə xaricdən gəlir. Yəni dollarla alırıq, ona görə qiymət artımı baş verib. Amma yerli məhsullar bura aid deyil. Onsuz da qiymətlərin əvvəlki vaxtında da bazar durğun, alıcı az idi. İndi ümumiyyətlə alver dayanıb" —deyə satıcı Kazım Quliyev bildirib.

Taxta məmulatlarının satışı ilə məşğul olan Qiyas Tahirov da ticarətin zəifləməsindən gileylidir: "Qış fəslində hava şəraiti ilə əlaqədar tikinti sektorunda işlər zəifləyir. Nəticədə tikinti materiallarına tələbat azalır. Üstəlik dolların da qalxması işimizi daha da çətinə salıb".

© Sputnik / Fuad HəsənovƏn çox bahalaşma taxta məhsullarında qeydə alınıb.
Ən çox bahalaşma taxta məhsullarında qeydə alınıb.  - Sputnik Azərbaycan
Ən çox bahalaşma taxta məhsullarında qeydə alınıb.

Ən çox bahalaşma taxta məhsullarında qeydə alınıb. Rusiyadan gətirilən armaturların da qiyməti 20 faiz bahalaşıb. Digər məhsullarda isə nisbətən az qiymət artımı müşahidə olunur. Metal, kafel, metlax, profil və s.-ləri bura aid etmək olar. Sement və dam örtüklərinin qiymətində isə hələlik ciddi dəyişiklik olmadığı bildirildi.

Yazın gəlişi ilə birlikdə tikinti sektorunda fəallığın artacağı gözlənilir. Tələbin artması, yəqin ki, qiymətlərə də təsirsiz ötüşməyəcək. Manatın intensiv ucuzlaşması qiymət artımını qaçılmaz edəcək.

Xatırladaq ki, 21 dekabr 2015-ci ildə Azərbaycanda ikinci devalvasiya baş verdi. Nəticədə milli valyuta ABŞ dolları qarşısında 48 faiz dəyər itirərək, 1 dollar = 1.55 manat oldu. Hazırda proses artan xətlə davam edir — manat hər gün dollara nisbətdə dəyərini bir az daha itirir. 15.01.2015-ci il tarixinə olan rəsmi məzənnə 1 dollar = 1.5706 təşkil edir.

Xəbər lenti
0