BAKI, 26 yan — Sputnik. Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib. Sputnik Azərtac-a istinadən xəbər verir ki, mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" super turnirində təqdim ediləcək.
Mükafatın qalibini münsif — ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək. Qalib "Fair-play" qaydalarına uyğun olaraq seçiləcək. Qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.
Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək.
Xatırladaq ki, 11 yanvar 2014-cü ildə beyin xərcəngindən vəfat edib.