BAKI, 22 yan-Sputnik. Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləzizin verdiyi fətvasında şahmatın İslam dininə uyğun olmadığı və qumara təşviq etdiyi səbəbi ilə qadağan edilməsinin lazım olduğunu söyləyib.
Sputnik Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, Səudiyyənin baş müfti "şahmat qadağan edilməlidir" deyib.
Şahmatı haram və vaxt itkisi olaraq xarakterizə edən baş müfti bildirib ki, bu, oyun oynayanlar arasında düşmənçiliyə yol açır.
Daha əvvəl də Yaxın Şərqdə İraqın tanınmış müctəhidlərindən olan ayətullahül-üzma Seyyid Əli Hüseyni Sistani şahmatın qadağan edilməsinin lazım olduğunu söyləmişdi.
Şahmat oyunu 1988-ilə qədər İranda da haram olaraq qəbul edildiyi üçün qadağan edilmişdi.
Ancaq İran islam inqilabının banisi Ayətullah Xomeyni şahmatın qumar oyunu kimi istifadə edilmədiyi təqdirdə şahmata icazə veriləcəyini söyləmişdi.
İranın beynəlxalq turnirlərə qatılan bir milli şahmat federasiyası da var.