SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AŞPA-da Dağlıq Qarabağla bağlı hesabatlardan yalnız biri qəbul olundu

© Flickr / Filip MaljkovićЗдание Совета Европы в Страсбурге
Здание Совета Европы в Страсбурге - Sputnik Azərbaycan
Abunə olmaq
Strasburqda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması və bölgə sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi məruzələri təqdim edilib.

BAKI, 26 yan — Sputnik. Azərbaycan tərəfinin arqumantlərinə baxmayaraq, AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb.

AŞPA-nın qış sessiyası. Arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Sabah AŞPA-da Azərbaycanla bağlı tarixi qərar verilə bilər

Bu gün Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsinə başlanıb. Bunlardan biri “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatlardır.

Birinci hesabatı danimarkalı deputat Mogen Yensen təqdim edib. Keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Sputnik AŞPA-nın saytına istinadən xəbər verir ki, lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib. Sessiyada həmçinin Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi müzakirə olunub.

AŞPA - Sputnik Azərbaycan
QARABAĞ
AŞPA-nın bəyanatı Azərbaycanda etiraz doğurdu

Militsa Markoviç çıxışında deyib ki, 2014-cü ildə hesabatı hazırlayanda Ermənistana və Sərsəng su anbarı yerləşən bölgəyə səfər etmək istəyib, lakin erməni tərəfi onun bu səfərinin reallaşmasına əngəl yaradıb. 

Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Ancaq onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib. Sonda məruzə səsə qoyulub, 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.

Xəbər lenti
0