QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

AŞPA-nın bəyanatı Azərbaycanda etiraz doğurdu

© assembly.coe.intAŞPA
AŞPA - Sputnik Azərbaycan
Abunə olmaq
QHT sədri: ATƏT-in Minsk qrupundan dərhal imtina edilməlidir.

BAKI, 23 yan-Sputnik. ATƏT-in Minsk qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacaq "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarla bağlı qəbul etdikləri bəyanat Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələrinin də kəskin etirazına səbəb olub.

© Facebook/Niyameddin OrduxanliNiyaməddin Orduxanlı - BAXCP sədrinin müavini, QHT sədri
Niyaməddin Orduxanlı - BAXCP sədrinin müavini, QHT sədri - Sputnik Azərbaycan
Niyaməddin Orduxanlı - BAXCP sədrinin müavini, QHT sədri
 

Bununla bağlı Sputnik-ə açıqlama verən QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, ATƏT-in Minsk qrupu artıq çəkinmədən Ermənistanın açıq müdafiəçisi olduğunu bəyan edir: "Azərbaycan cəmiyyətinin bu quruma inamı yoxdur. Hamı bilir ki, Minsk qrupu birbaşa yaranmış münaqişənin həll olunmamasının və status-kvonun qorunub saxlanılmasının əsas səbəbkarları rolunu oynayır. Faktın özü bir daha sübut etdi ki, bu bəyanatla ATƏT-in Minsk qrupu həmsədrləri beynəlxalq hüquqın əleyhinə olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı birtərəfli mövqelərini ortaya qoydular. Bu səbəbdən də onların vasitəçilik missiyalarını davam etdirməyə mənəvi və hüquqi haqları qalmır. Bu bəyanatdan dərhal sonra Azərbaycan bu qurumdan imtina etməlidir!"

Rusiya Dövlət Duması - Sputnik Azərbaycan
Rusiya AŞPA-nın qış sessiyasını boykot etdi

QHT sədrinin fikrincə, Azərbaycan cəmiyyəti baş vermiş hadisəyə özünün sərt reaksiyasını bildirməlidir: "Bu məsələdə hər kəs, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri etırazını bildirməlidirlər. Biz bunu sükutla qarşılaya bilmərik. Azərbaycan xalqı öz etirazını bildirməlidir. Azərbaycan rəsmiləri də buna seyrçi qalmamalı, ATƏT-in və bu qurum tərəfindən formalaşdırılan Minsk qrupunun fövqəladə toplantısının çağırılmasına nail olmalı, Rusiya, ABŞ və Fransa üçlüyünün vasitəçilik missiyasından imtina etməlidir. ATƏT-in Minsk qrupu hazıkı tərkibi nə vaxtsa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll ediləcəyinə və bu istiqamətdə fəaliyyət göstərəcəyinə ümid yaratmır."

Xəbər lenti
0