Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Ahıska türklərinin marşını yazmışam"

© Sputnik / Murad OrujovIlham Əsgəroğlu
Ilham Əsgəroğlu - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əsgəroğlu: ""Səs Azərbaycan"ın münsiflər heyətində əyləşənlərin çoxu mənim tələbə yoldaşlarımdır. Mən necə o verilişə çıxıb, öz tələbə yoldaşlarıma "bu, mənəm" deyə bilərəm?!"

BAKI, 25 yan — Sputnik. "O səs Türkiyə"də Azərbaycanı bu il təmsil edənlərdən biri də İlham Əsgəroğludur. Sputnik-in qonağı olan ifaçının müsahibəsini təqdim edirik:

— Musiqiyə, aktyorluq sənətinə marağım məni 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gətirib çıxardı. Lütfiyar İmanov, Nobel Əhmədov, Məlik Dadaşov, Şəfiqə Məmmədova, Mikayıl Mirzəyev kimi sənətkarlardan dərs aldım. Nobel Əhmədov özü Bülbülün tələbəsi olduğundan, bizə Bülbülün oxuma texnikasını öyrədirdi. Universiteti bitirəndən sonra Tiflisdə konservatoriyanı ikinci təhsil olaraq bitirdim. Tovuz rayonunda dünyaya gəldiyimdən, saza-sözə marağım da az deyildi. Sazda çalıb — oxumağı da bilirəm, amma daha çox vokal sənətinə üstünlük verirəm.

Universiteti bitirəndən sonra Azərbaycan Musiqili Komediya Teatrının solisti olaraq işləməyə başladım. "Subaylarınızdan görəsiniz" tamaşasında Fəqan roluna dəvət edildim. Orada bir çox sənətkarlarla işlədik. Hacıbaba Bağırov o zaman rəhbər idi. Nəsibə Zeynalova tez-tez teatra gedib-gəlirdi. Belə sənətkarlarla işləmək mənim üçün xoşbəxtlikdir. Bununla eyni zamanda Filarmoniyada Mahni rəqs ansanblında da paralel olaraq çalışdım.

- Mügənni kimi solo fəaliyyətiniz var. Nə vaxtdan başladınız bu fəaliyyətə?

— İlk dəfə oxumağa 7-ci sinifdən başladım. O vaxt "Sevimli nəğmələrim" adlı musiqi yarışması olurdu. Komissiyanın sədrləri dahi drejorumuz Niyazi, əvəzolunmaz sənətkarlarımız Arif Babayev, İslam Rzayev, Habil Əliyev, Sövkət Ələkbərova idi. Belə sənətkarların qarşısında biz şagird idik. Biz belə sənətkarlardan dərs alaraq sənətə gəldik.

- Türk dünyasına böyük maraq göstərirsiniz və tez-tez türk dövlətlərində olub orada çıxışlar edirsiniz. Hansı uğurlarınız olub?

— 1998-ci ildə Filarmoniyada işləyərkən ilk getdiyim ölkə Türkiyə oldu. Sonra bir çox təkliflər gəldi və beləliklə türk dünyasına səfərlərim başladı. Qazaxıstan, Tacikistan, Özbəkistan və s. ölkələrdə iştirak etməyə başladım. Bu zaman 10 dildə mahnılar öyrəndim. Türkiyənin 81 vilayətindən 50-sini gəzmişəm, konsertlər vermişəm. Hətda Qırğızıstan opera teatrında "Arşın mal alan" operasında Əsgər obrazını canlandırdım. Ahıska türklərinə marş yazdım. Musiqisi mənə, sözləri Zəlimxan Yaquba məxsusdur.

Gülnarə Allahverdiyeva - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Hər bir musiqiçi ilk növbədə öz ölkəsinin musiqisini öyrənməlidir"

- Bu qədər işlər görürsünüz, amma TV məkanında kifayət qədər görünmürsünüz. Bunun səbəbi nədir?

— Mən sadəcə işimi görürəm. Mətbuat da maraqlansa, gözəl olar. Mən mətbuata gedib bu işləri görürəm deyə bilmərəm.

- O Səs Türkiyədə iştirakçı oldunuz. Öncə belə sual verim: Niyə "Səs Azərbaycan" yarışması qala-qala, "O səs Türkiyə"ni seçdiniz?

— "O səs Türkiyə"nin "Səs Azərbaycan"dan fərqli olaraq daha çox izləyicisi var. O verlişə nəinki Türkiyədə, hətta bütün türk dövlətlərində baxırlar. Məqsədim Azərbaycanımın səsini Türkiyədə göstərmək idi. "Səs Azərbaycan" da gözəl proqramdır. Sadəcə orada münsiflər heyətində əyləşənlərin çoxu mənim tələbə yoldaşlarımdır. Mən necə o verilişə çıxıb, öz tələbə yoldaşlarıma "bu, mənəm" deyə bilərəm?!

- Necə oldu ki, "O səs Türkiyə"yə getməyi qərara aldınız?

— Keçən il mən qeydiyyatdan keçərək proqrama qatılmışdım. Sadəcə nömrədə problem olub və mənimlə əlaqə qura bilməyiblər. Bu il də Türkiyədə dünya Ahıska türklərinin qurultayı keçirilirdi. Elə o zaman xəbər aldım ki, İstanbulda verlişə seçim turlarına qeydiyyat var. Getdim, yenidən qoşuldum və tez bir zamanda dəvət elədilər, gedib çıxış elədim.

Elvin Ordubadlı - Elvin Quliyev - Sputnik Azərbaycan
"Azərbaycanın səsi" yarışmasının qalibi intihar edib

- Gəlin etiraf edək ki, birinci turda çıxışınız sizə görə zəif idi. Amma buna baxmayaraq, bir münsifi özünüzə tərəf döndürə bildiniz. İstədiyiniz nəticəni ala bildiniz, yoxsa istədiyiniz münsif dönmədi?

— Mən 4 münsifin dönməsini gözləyirdim. Sadəcə 6 saat təyyarədə yol gəlmişdim və yatmamışdım, həm də məşq də çox az olmuşdu. Yuxusuzluq səsə çox ziyandır və beləliklə çıxışım zəif alındı. Sadəcə Allaha dua edirdim ki, bir münsif çevrilsin. Bütün gücümü göstərə bilmədim. İkinci tur isə tamaşaçısız keçdi. Sadəcə bu, məni açmadı. Doğrudur, 3-cü tura keçdim, amma tamaşaçısız, sms-siz yarışma olması bir qədər məni razı salmadı.

- Seçim turunda siz Hakan və Gökhan qardaşlarının komandasında oldunuz. Amma musiqi, janr etibarilə fərqlisiniz. Siz daha çox Ebru Gündəş tərzinə yaxınsınız. Belə olan halda Gökhan və Hakan qardaşları ilə işləmək sizə rahatsızlıq vermədi?

— Düzü, mən də Ebru Gündeşin dönməsini istəyirdim. Amma belə alındı. Stilimiz tam fərqlidir. Amma gələcəkdə duet eləsəm, Ebru Gündeş, Sibel Can, Sərtap Erener kimi sənətçilərlə edə bilərəm. Bu sənətçilərin səsi mənim səsimə uyğundur. Qismət…

- Yarışmanın tən ortasındasınız. İlham Əsgəroğlunun 6-cı hissi nə deyir: yarışma necə bitəcək?

— Mənim 6-cı hissim deyir ki, var gücünü göstərməlisən, İlham, bütün türk dünyasına nəyə qadir olduğunu göstərməlisən. Gərək birinci turda sazımı da səhnəyə çıxarıb sənətimin nəyə qadir olduğunu göstərəydim. Heyf ki, edə bilmədim.

- Gələcəkdə başqa bir yarışmaya qatılmaq istəyirsiniz?

— Yaşımız imkan versə, Azərbaycanda ciddi, şou xətrinə olmayan yarış olarsa, niyə də yox?! Qatıla bilərəm. Gələcəkdə türk dünyası musiqi yarışma layihəsi olarsa, mütləq iştirak edərəm.

Xəbər lenti
0