BAKI, 25 dek-Sputnik. Bakıda 26 yaşlı müğənni intihar edib.
Sputnik-in xəbərinə görə, bu barədə Sabunçu rayon Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, intihar hadisəsi Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Elvin Ordubadlı kimi tanınan Elvin Quliyev müğənnilik fəaliyyəti ilə məşğul olub. O, ATV-də yayınlanan "Azərbaycanın səsi" yarışmasının qalibi olub.