Ərdoğan kralla nədən danışacaq

© AFP 2024 / ADEM ALTANРеджеп Тайип Эрдоган
Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Səudiyyə Ərəbistanı yaxınlaşması regionda Rusiyayanın roluna necə təsir göstərə bilər?

Ərdoğan kralla nədən danışacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun dəvəti ilə 29-30 dekabr tarixlərində bu ölkəyə səfər edəcək. Bu barədə Anadolu agentliyi bildirib. Çox güman ki, ölkə nümayəndələrinin müzakirə edəcəkləri əsas mövzular sırasında Suriya münaqişəsi də yer alacaq.

Bir müddət əvvəl Suriya prezidenti Bəşər Əsəd Avstriya mətbuatına maraqlı müsahibə vermişdi. “Die Presse”ə müsahibəsində bildirmişdi ki, Suriyanı terrorizm ocağına məhz Avropa, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı çeviriblər. Bəs keçiriləcək bu görüş Suriya münaqişəsinə necə təsir edə bilər? Bu və digər məsələləri araşdırmağa çalışdıq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bu görüşdə Suriya mövzusu ciddi müzakirə olunacaq:

September 23, 2015. Russian President Vladimir Putin, right, and Turkish President Recep Erdogan during a meeting in the Kremlin. - Sputnik Azərbaycan
Rusiya yanılır, Türkiyə belə addım atmayacaq

“Bir müddətdir ki, Türkiyə və Səudiyyə Ərəbistanının bir çox məsələdə mövqeləri üst-üstə düşür, ən başlıcası da Suriya məsələsində. Çünki həm Türkiyə, həm Səudiyyə Ərəbistanı Əsədin getməsini istəyir və Suriyanın dünyəvi müxalifətinə dəstək verir. Bu mənada fikir ayrılığı yoxdur. Digər beynəlxalq məsələlərdə də birlik nümayiş etdirirlər. Hətta bu yaxınlarda Səudiyyə Ərəbistanının başçılığı ilə İslam Koalisiyası formalaşdı ki, orada Türkiyəyə də yer ayrıldı və Türkiyə ilə Səudiyyə Ərəbistanı yenə də eyni blokda qərarlaşdılar. Ona görə düşünürəm ki, bu görüşdə Suriya mövzusu ciddi müzakirə olunacaq”.

Türkiyə və Səudiyyə Ərəbistanını yaxınlaşdıran səbəblərdən biri də İrandır. Hər iki ölkənin İranla münasibətləri o qədər də yaxşı deyil. Politoloq Fikrət Sadıxov hesab edir ki, bu və digər səbəblər artıq Türkiyə-Səudiyyə Ərəbistanı alyansını formalaşdırır:

“Yaxın Şərqdə olan belə bir təhlükə artıq bir sıra alyansların, bir sıra ittifaqın yaranmasına səbəb oldu. Türkiyə-Səudiyyə Ərəbistanı da belə bir alyanslardan biridir. Düşünürəm ki, yaranmış vəziyyətdə bunların maraqları müəyyən istiqamətlərdə üst-üstə düşür. Təbii ki, Türkiyə, müəyyən mənada İranla o qədər də yaxşı münasibətlərdə olmayan bir dövlət kimi, özünə müttəfiq axtarır. Və Səudiyyə Ərəbistanı ilə yaxınlaşma Yaxın Şərqdə və eyni zamanda, İŞİD-ə, digər təhlükələrə qarşı mübarizənin bir formasıdır. Bax budur əsas səbəb. Bu alyansın yaranması bundan sonra da özünə digər ölkələri cəlb edə bilər”.

President Vladimir Putin meets with President of Turkey Recep Erdogan - Sputnik Azərbaycan
Rusiya-Türkiyə: ziddiyyətlər Azərbaycana nə vəd edir?

Bəs Türkiyənin Səudiyyə Ərəbistanı ilə yaxınlaşması Rusiya və onun regiondakı siyasətinə necə təsir edə bilər? Elxan Şahinoğlu bu haqda belə düşünür:

“Digər tərəfdən, hər iki dövlət Rusiyanın və İranın Suriyadakı varlığına tənqidi yanaşır. Bir çox dövlət Rusiyanın Suriyadakı varlığını qəbul etmir. Buna baxmayaraq, Rusiya öz siyasətini yürüdür. Aydındır ki, Səudiyyə Ərəbistanı ilə Türkiyənin formalaşdırdığı bloklar Rusiyaya qarşı olmasalar da, rəqabət yaradırlar. Rusiyanın özünün də planları fərqlidir. Rusiya bölgədə faktiki Suriya hakimiyyəti, İraq hakimiyyəti və İranla birgə sanki blok yaradıb. Bu bloklar arasında da hazırda rəqabət gedir”.

Qeyd edək ki, görüşdə eləcə də, ölkələr arasındakı münasibətlər və aktual regional mövzular ətrafında müzakirələr aparılacaq.

Xəbər lenti
0