Rusiya-Türkiyə: ziddiyyətlər Azərbaycana nə vəd edir?

© Sputnik / Alexei Druzhinin / Mediabanka keçidPresident Vladimir Putin meets with President of Turkey Recep Erdogan
President Vladimir Putin meets with President of Turkey Recep Erdogan - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar son vaxtlar iki ölkə arasında münasibətlərin kəskinləşməsinin Azərbaycana təsirləri barədə fikirlərini bildirirlər

Rusiya-Türkiyə: ziddiyyətlər Azərbaycana nə vəd edir?
Son günlər Türkiyə və Rusiya münasibətlərindəki gərginlik artmaqda davam edir. Hər iki tərəfdən müxtəlif ittiham xarakterli fikirlər səslənir. Lakin məsələ tək fikirlərlə bitmir. Rusiya tərəfi Türkiyə ilə vizasız rejimi dayandırdı, eləcə də Türkiyədən müəyyən malların idxalına qadağalar qoydu. Gözlənilən “dialoq” isə hələ də baş tutmayıb.

Sözsüz ki, bütün bunlar Azərbaycanı da ciddi risklərə çəkir. Belə fikirlər var ki, Azərbaycan Rusiya və Türkiyə arasındakı yaranan soyuqluğa görə onlar arasında seçim etməli olacaq. Politoloq Tofiq Abbasov bu haqda belə düşünür:

“Bizim indi strateji tərəfdaş və Rusiya qismində strateji mühüm qonşu arasında seçim etmək problemimiz yoxdur. Azərbaycan münasibətlərin stabilləşməsi və baş vermiş münaqişənin həlli üçün uyğun yolların tapılmasının tərəfdarıdır. Əlbəttə ki, bu, regiona və bir çox ölkələrin münasibətlərinə təsir edəcək. Təbii ki, bu halda, kəskin bucaqlardan yan keçmək lazımdır, Azərbaycan diplomatiyası da belə edir. Çünki, dövlətlər arası münasibətlər bir günə yaranmır, bu, uzun və ağrılı prosesdir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Azərbaycanın siyasi maraqlarına uyğun deyil:

“İndi Türkiyə-Rusiya münasibətlərində baş verən hadisələr Azərbaycanın siyasi maraqlarına uyğun gəlmir. Azərbaycan istərdi ki, bu iki ölkə arasında dialoq başlansın. İndi onlar arasında dialoq alınmasa belə, mən düşünürəm ki, 2-3 ay vaxt keçəndən sonra, bu dialoq başlanacaq. Rusiya özü Ukrayna məsələlərinə görə Qərb sanksiyalarından zərər çəkir və o, həmişə deyirdi ki, bu sanksiyalar düzgün deyil, dialoq aparmaq, məsələləri araşdırmaq lazımdır. Lakin elə özü, Qərbin ona qarşı işlətdiyi alətdən istifadə edir. Düşünürəm ki, bu, nə Rusiyanın, nədə ki, Türkiyənin xeyirinə olacaq”.

Lakin məsələnin Dağlıq Qarabağ probleminə də ciddi təsir etdiyini unutmaq olmaz. Elxan Şahinoğlu hesab edir ki, iki ölkə arasında yaranan bu soyuqluq Dağlıq Qarabağ problemini ikinci plana keçirir:

“Türkiyə-Rusiya arasındakı bu münaqişəyədək belə bir fikir var idi ki, Rusiya və Türkiyənin çox yaxşı dostluq əlaqələri var. O vaxt biz düşünürdük ki, bu Rusiya-Türkiyə arasındakı tandem necəsə Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər. Lakin indi bu ikinci plana keçir, çünki Rusiya Türkiyə ilə münaqişə edirsə, bu müsbət təsir edə bilməz. Müəyyən inam var idı ki, Rusiya təsir edə bilər. Lakin mən düşünmürəm ki, Türkiyə ilə bütün bu münaqişələrdən sonra, Moskva Dağlıq Qarabağ münaqişəsinin tam və ədalətli həllində maraqlı olsun.

Lakin fakt budur ki, hər dəqiqə dəyişə bilən dünyada Azərbaycan təhlükələrdən tam sığortalanmayıb. Rusiya-Türkiyə münasibətlərinin korlanması da Azərbaycan üçün yaxşı heç nə vəd etmir”.

Xəbər lenti
0