Bahalaşma şadlıq saraylarına da çatdı

© pixabay / moreharmonyŞadlıq sarayı
Şadlıq sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bu sahədəki boşluğun aradan qaldırılması yollarından danışırlar

Bahalaşma şadlıq saraylarına da çatdı
Manatın yenidən ucuzlaşması qiymətlərin də artmasına səbəb olub. Şadlıq evləri və retoranlar da bu mövzuda istisna deyil. Belə ki, onların bəziləri artıq ilk gündən qiymətləri dərhal artırıb, bəziləri isə qeyri-müəyyən vəziyyəti nəzərə alaraq yanvar ayını gözləyirlər.

Devalvasiyadan əvvəlki vaxtla müqayisədə qiymətlərdə yetərincə fərq var. Məsələn, mediaya verdikləri məlumata görə, “Movida Plaza”nın 32 manat olan masası indi 35-37 manatdır. Ümumiyyətlə isə qiymətlər danışıqdan, yemək menyusundan, qonaq sayından və zaldan asılı olaraq dəyişir.

İndi qiymətləri dəyişməyən restoranlar isə yanvardan etibarən dəyişikliklərin olacağını istisna etmir. Yəni “baha alsaq – baha, ucuz alsaq – ucuz” olacaq. “Hollywood” şadlıq sarayında da eyni vəziyyətdir: hazırda qiymətlər bir nəfər üçün 120-150 manatdır, amma sonrasının necə olacağı bilinmir.

Qeyd edək ki, köhnə qiymətləri saxlayıb endirim kampaniyalarını ləğv edənlər, müəyyən müddətə qədər ümumiyyətlə bahalaşma etməyi planlaşdırmayan restoranlar da var. Bəziləri isə əvvəlki qiymətləri saxlamaq üçün təklif olunan menyulara dəyişiklik etməyi planlaşdırır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, şadlıq evlərində qiymətlər mütləq qalxacaq:

“Qiymət mütləq qalxacaqdır, çünki şadlıq evlərinə təlabat var. Əhali şadlıq evlərinə növbəyə durub toy etmək üçün. Nə qədər ki, alternativ variantlar yoxdur, nə qədər ki, çadır toyları yoxdur, şadlıq evlərinin işi belə də olacaq. Yəni, qanunların pozulması baş verəcək. Çox təəssüflər olsun ki, şadlıq evləri üçün standartlar hazırlansa da, 95% şadlıq evlərində o standartlar tələbincə tətbiq olunmur və həyata keçirilmir”. 

Təbii ki, şadlıq evləri və restoranlarda qiymət artımını ərzaq məhsullarının bahalaşması ilə izah edirlər. Lakin unutmaq olmaz ki, məhsulların hamısı xaricdən idxal olunmur. İqtisadçı ekspert Zahid Məmmədovun sözlərinə görə, bunlar sahəcə bəhanələrdir:

“Restorandır, Azərbaycanda istehsal olunan hindquşudur, bunların dollara dəxli yoxdur ki. Unu, yumurtanı niyə artırırlar ki? Onlar bəyəm xaricdən gətirilir? Yəni, bilirsiz, onlar da bəhanələrdi. Onlar hamısı araşdırılmalıdır. Biz qərara aldıq ki, idxal-əvəzləyici iqtisadiyyatı inkişaf etdirməliyik, ixracı inkişaf etdirməliyik. Yəni, bütün bunlara Kənd Təsərrüfatı Nazirliyi elmi cəhətdən əsaslandırılmış elmi məruzə hazırlamalıdır”.

машины - Sputnik Azərbaycan
Azərbaycanın ən ağlamalı bazarı

Lakin məsələ tək qiymət artımları ilə bitmir. Vergi Məcəlləsində də dəyişikliklər gözlənilir. 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ veriləcək. Bəs bu dəyişikliklərə əsasən qaydalar necə tənzimlənəcək? Zahid Məmmədov davam edir:

“Qaydalar Vergi Məcələsinə müvafiq olaraq qanun çərçivəsində tənzimlənəcək. Sadəcə insanlar artıq israfçılığa son qoymalıdır. Bütün bunlar nizamlanmalıdır, tənzimlənməlidir, dəyişikliklər olmalıdır. Artıq müvafiq dövrün tələblərinə uyğun, insanlar pulunu saymağı bacarmalıdır. Əvvəllər insanlar pulu saya bilmirdi, bu hadisələrdən sonra isə pulu saymaq məcburiyyəti gəldi”.

Eyyub Hüseynovun sözlərinə görə, bu sahədə böyük vergi pozuntuları var:

“Bütün şadlıq evlərində böyük vergi pozuntusu var. Nəğd pulu alırlar, heç bir kassa çeki, heç bir sənəd vermirlər. Bunlar da hamısı dövlət məmurlarının gözü qarşısında baş verir. Böyük vergidən yayınma var o sahədə. Ona görə də, qayda-qanun yaradılmalıdır. Şadlıq evləri çox rentabelli işləyən müəssisələrdir, insanların hüquqlarının ən çox pozulduğu yerlərdir, saxta malların satış yerləridir”.

Bakı küçələri devalvasiyadan sonra - Sputnik Azərbaycan
“Binə” ticarət mərkəzi icarəyə verilir

Beləliklə, əyləncə və digər xidmətlər göstərən şəxslərin də öz qeydiyyat kitabları olacaq. Şadlıq sarayları, restoranlar və bu kimi digər obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslər hər dəfə bu kitabda özləri barədə tələb olunan məlumatları, o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), çıxış etdiyi tarixi, çıxışa başladığı və çıxışını qurtardığı vaxtı, götərdiyi xidmət müqabilində aldığı məbləği qeyd etməli və bunlar həm xidmətin göstərildiyi obyektin nümayəndəsi, həm də xidmət göstərən tərəfindən həmin şəxslərin imzaları ilə təsdiqlənməlidir. Bu addımlar musiqi, əyləncə və digər bu kimi fəaliyyətlə məşğul olan şəxslərin vergiyə cəlb olunması ilə bağlı problemlərin aradan qaldırılmasına kömək edəcək.

Xəbər lenti
0