Dekabrın 19-u gün ərzində və 20-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər. Nəticədə, qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib. Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub.
Bəs görəsən Ermənistanın belə bir təxribata əl atmasında marağı nədir? Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, bu addımın səbəbləri gizli deyil:
Hərbi ekspert Emin Həsənli isə bildirib ki, Ermənistana qarşı müəyyən addımlar atılmayınca o, bu hərəkətlərinə davam edəcək:
“Çox təəssüf edirik ki, konkret olaraq Ermənistana nə qədər ki sanksiyalar tətbiq edilmir, Ermənistan bu cür hərəkətləri davam etdirəcək. O, beynəlxalq hüququ pozur. Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü – Amerika, Rusiya və Fransa konkret ölçü götürmür, həmsədrlər bəyanat vermir. Azərbaycan atəşkəsi bir dəfə pozacaq, o da torpaqlarını işğaldan azad edəcək. Ermənistan heç bir hüquqa əməl etmir, diversiya qrupları göndərir Azərbaycan ərazisinə, pilotsuz təyyarələr göndərir, mülkü əhaliyə qarşı atəş açır. Və bu hadisələri davam etdirir. Konkret Ermənistana heç bir tədbirlər görülmür”.
Üzeir Cəfərov hesab edir ki, şəhidlərin verilməsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin də günahları az deyil:
Cəbhədəki vəziyyətlə əlaqədar hər iki tərəf itkilər verir. Gərgin vəziyyət isə hər an irimiqyaslı əməliyyatların başlanmasına gətirib çıxara bilər. Ekspert Emin Həsənli davam edir:
“Törədilən hadisə nəticəsində hər iki tərəf itki verir, Ermənistan daha çox itki verir. Bunlar, düzdür, bəzi hallarda itkilərini gizlədirlər, amma bütün hallarda, buna müvafiq ola bilmirlər. Cəbhədə gərgin vəziyyət davam edir. Bu gərgin vəziyyət hər an irimiqyaslı əməliyyatların başlanmasına səbəb ola bilər. Ona görə ki, Ermənistan heç vaxt hüquq normalarına əməl etmir. Ermənistan üçün qanunun aliliyi yoxdur. Ermənistan hakimiyyətinin öz əhalisinin qarşısında heç bir məsuliyyəti yoxdur. O, beynəlxalq hüquqa da əməl etmir. Orada cinayətkarlar hakimiyyətdədir və biz cinayətkar bir dəstə ilə mübarizə aparırıq”.
“Yəqin ki, bir-iki gün sakitçilik olacaq. Amma yeni il öncəsi və yeni ilin ilk günlərində cəbhədə yenə də aktiv atışmalar və hərəkətlər olacaq. Amma düşünmürəm ki, bunlar genişmiqyaslı əməliyyatlara gətirib çıxarsın. Bu, sadəcə olaraq, erməni xislətinə uyğun olaraq, vəziyyəti daim gərginlik altında saxlanmasına xidmət edən addımlardır”.
Qeyd edək ki, son günlər cəbhədə erməni təxribatlarının qarşısı ordumuz tərəfindən uğurla alınır və düşmən itkilər verməkdə davam edir.