BAKI, 18 dek-Sputnik. Böyük Britaniyanın Baş naziri Devid Kemeron (David Cameron)işini itirən hər kəsə görə narahat olduğunu bildirib. O deyib ki, ölkədə xeyli sayda vakansiya mövcuddur.
Sputnik-in məlumatına görə, Kemeron bu fikirləri jurnalistlərə Joze Mourinyonun "Çelsi"nin baş məşqçisi vəzifəsindən azad edilməsini şərh edərkən deyib.
"Baş nazir kimsə işini itirəndə həmişə məyus olur. Lakin diqqətinizə çatdırım ki, Britaniyada 740 min vakansiya var" — deyə Kemeron bildirib.
İngiltərənin "Çelsi" (Chelsea) futbol komandasının baş məşqçisi Joze Mourinyo (Jose Mourinho) dünən istefaya göndərilib.
"Çelsi" bu mövsüm İngiltərə premyer-liqasında uğursuz çıxışları ilə yadda qalıb. Bu səbədən də "Çelsi" rəhbərliyi komandanın baş məşqçisi J.Mourinyo ilə yollarını ayırıb.