BAKI, 17 dek-Sputnik. İngiltərənin "Çelsi" (Chelsea) futbol komandasının baş məşqçisi Joze Mourinyo (Jose Mourinho) istefaya göndərilib.
Sputnik-in məlumatına görə bu xəbər klubun saytında (chelseafc.com)yayınlanıb.
Klub rəhbərliyinin bu qərarını artıq Mourinyonun özünə bildiriblər. Klub portuqaliyalı mütəxəssisin maaşını mövsumün sonuna qədər ödəyəcək.
"Çelsi" bu mövsüm İngiltərə premyer-liqasında uğursuz çıxışları ilə yadda qalıb.