Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri nümayəndələri Azərbaycandadırlar

© AFP 2023 / FABRICE COFFRINIКрасный крест, фото из архива
Красный крест, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Caqannat Çapaqeyn qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini bəyəndiyini vurğulayıb.
BAKI, 7 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqannat Çapaqeynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan Komitənin saytına istinadla xəbər verir ki, qonaqlara Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, bu kateqoriyadan olan insanların problemlərinin həlli üçün otuz ilə yaxın müddətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb.
Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi, bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür.
Söhbət zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə mina təhlükəsizliyinə dair keçirilən maarifləndirmə təlimlərindən bəhs edilib, Dövlət Komitəsi və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Caqannat Çapaqeyn səmimi görüşə görə təşəkkür edib, qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini bəyəndiyini vurğulayıb. Bildirib ki, geri qayıdan məcburi köçkünlərin dayanıqlı məşğulluğu və onların həmin ərazilərdə yaşaması üçün mühüm sosial-iqtisadi şəraitin yaradılmasını yüksək qiymətləndirir. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Qonaqlar daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlərin müvəqqəti yaşadığı yataqxananın şəraiti ilə yaxından tanış olublar. Sonda isə məcburi köçkünlər üçün salınmış "Qobu Park – 3" yaşayış kompleksində yerləşən "Xarıbülbül" təlim və istehsal mərkəzindəki iş şəraitini yaxından izləyiblər.
Həmçinin oxuyun:
* Əsirlikdə keçən 452 gün: "Hər erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı"
* Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı
* Azərbaycanlı kəşfiyyatçı: Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
* Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb
* Azərbaycanın hərbi qulluqçusu iki erməni ilə dəyişdirilib
Xəbər lenti
0