Türkiyədən şad xəbər: bir fəlakətin öhdəsindən gəldilər

© AP PhotoЛесной пожар в Турции, фото из архива
Лесной пожар в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
Avqustun 10-dan isə Türkiyənin şimal bölgələrində güclü yağışlar daha bir fəlakətə səbəb olub. Orada güclü daşqınlar on bir nəfərin həyatına son qoyub.
BAKI, 12 avqust - Sputnik. Türkiyədə bütün meşə yanğınları söndürülüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli söyləyib.
Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Avqustun 10-dan isə Türkiyənin şimal bölgələrində güclü yağışlar daha bir fəlakətə səbəb olub. Qara dəniz sahilindəki Kastamonu əyalətində şiddətli sel nəticəsində on nəfər, Sinopda bir nəfər həlak olub. Bartında isə bir nəfər itkin düşüb. 
Eləcə də oxuyun:
Azərbaycanlılar yanğınlara görə Türkiyə turlarından imtina etmək niyyətində deyillər
Xəbər lenti
0