20:17 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
DÜNYA
Qısa URL
22 0 0

Ölkə ərazisində şəhərlərarası nəqliyyat istisna olmaqla bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, uşaq əyləncə mərkəzləri bağlanacaq, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları keçirilməyəcək.

BAKI, 12 avqust — Sputnik. Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar karantin qaydaları sərtləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, ölkə ərazisində avqustun 14-dən sentyabrın 4-dək bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Qərara əsasən, qeyd olunan müddətdə ölkə ərazisində şəhərlərarası nəqliyyat istisna olmaqla bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, uşaq əyləncə mərkəzləri bağlanacaq, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları keçirilməyəcək. İaşə obyekltlərinin fəaliyyətinə isə saat 23:00-dan 05:00-dək icazə verilməyəcək.

Şura dövlət orqanlarının, eləcə də özəl sektorun mümkün olduğu qədər distant iş rejiminə keçməsini tövsiyə edib.

Əhalinin kütləvi vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə hərbi həkimlərinin də prosesə cəlb edilməsinə qərar verilib.

Ölkənin Səhiyyə Nazirliyi xəstəxanalarda çarpayı sayının artırılması istiqamətində intensiv fəaliyyətini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb, son sutka ərzində virusa 5 128 nəfər yoluxub, 49 nəfər dünyasını dəyişib.

Eləcə də oxuyun:

Teqlər:
Gürcüstan, COVID-19, epidemiya, Koronavirus, karantin

Əsas mövzular