https://sputnik.az/20210812/Gurcustanda-sert-karantin-qayidir-Olke-yeniden-qapanir-427684533.html
Gürcüstanda sərt karantin qayıdır: Ölkə yenidən "qapanır"
Gürcüstanda sərt karantin qayıdır: Ölkə yenidən "qapanır"
Sputnik Azərbaycan
Ölkə ərazisində şəhərlərarası nəqliyyat istisna olmaqla bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, uşaq əyləncə mərkəzləri bağlanacaq... 12.08.2021, Sputnik Azərbaycan
2021-08-12T20:17+0400
2021-08-12T20:17+0400
2021-11-16T20:28+0400
xəbərlər
gürcüstan
covid-19
epidemiya
koronavirus
karantin
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/09/04/424842775_0:0:3000:1698_1920x0_80_0_0_0faea28b1c91babab1adba07aae8751d.jpg
BAKI, 12 avqust — Sputnik. Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar karantin qaydaları sərtləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, ölkə ərazisində avqustun 14-dən sentyabrın 4-dək bir sıra məhdudiyyətlər tətbiq ediləcək.Qərara əsasən, qeyd olunan müddətdə ölkə ərazisində şəhərlərarası nəqliyyat istisna olmaqla bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, uşaq əyləncə mərkəzləri bağlanacaq, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları keçirilməyəcək. İaşə obyekltlərinin fəaliyyətinə isə saat 23:00-dan 05:00-dək icazə verilməyəcək.Şura dövlət orqanlarının, eləcə də özəl sektorun mümkün olduğu qədər distant iş rejiminə keçməsini tövsiyə edib.Əhalinin kütləvi vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə hərbi həkimlərinin də prosesə cəlb edilməsinə qərar verilib.Ölkənin Səhiyyə Nazirliyi xəstəxanalarda çarpayı sayının artırılması istiqamətində intensiv fəaliyyətini davam etdirəcəyi bildirilib.Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb, son sutka ərzində virusa 5 128 nəfər yoluxub, 49 nəfər dünyasını dəyişib.Eləcə də oxuyun:Gürcüstan qaydaları yenidən sərtləşdirirPandemiya İspaniyanın turizm sektorunu çökdürüb - Otellər satışa çıxarılıbKoronavirus dövründə toy dəvətnamələrini necə tərtib etməli? Yeni tələblər
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/04/424842775_0:0:3000:1886_1920x0_80_0_0_cd39a108172d3b7b0346c2f0bd4f1f0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, gürcüstan, covid-19, epidemiya, koronavirus, karantin, dünya
xəbərlər, gürcüstan, covid-19, epidemiya, koronavirus, karantin, dünya
Gürcüstanda sərt karantin qayıdır: Ölkə yenidən "qapanır"
20:17 12.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Ölkə ərazisində şəhərlərarası nəqliyyat istisna olmaqla bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, uşaq əyləncə mərkəzləri bağlanacaq, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları keçirilməyəcək.
BAKI, 12 avqust — Sputnik. Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar karantin qaydaları sərtləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, ölkə ərazisində avqustun 14-dən sentyabrın 4-dək bir sıra məhdudiyyətlər tətbiq ediləcək.
Qərara əsasən, qeyd olunan müddətdə ölkə ərazisində şəhərlərarası nəqliyyat istisna olmaqla bələdiyyəyə məxsus ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, uşaq əyləncə mərkəzləri bağlanacaq, idman yarışları, festivallar, konsertlər və digər kütləvi əyləncə proqramları keçirilməyəcək. İaşə obyekltlərinin fəaliyyətinə isə saat 23:00-dan 05:00-dək icazə verilməyəcək.
Şura dövlət orqanlarının, eləcə də özəl sektorun mümkün olduğu qədər distant iş rejiminə keçməsini tövsiyə edib.
Əhalinin kütləvi vaksinasiyanın sürətləndirilməsi məqsədi ilə hərbi həkimlərinin də prosesə cəlb edilməsinə qərar verilib.
Ölkənin Səhiyyə Nazirliyi xəstəxanalarda çarpayı sayının artırılması istiqamətində intensiv fəaliyyətini davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb, son sutka ərzində virusa 5 128 nəfər yoluxub, 49 nəfər dünyasını dəyişib.
Gürcüstan
qaydaları yenidən sərtləşdirir
Pandemiya
İspaniyanın turizm sektorunu çökdürüb - Otellər satışa çıxarılıb
Koronavirus dövründə
toy dəvətnamələrini necə tərtib etməli? Yeni tələblər