Pandemiya İspaniyanın turizm sektorunu çökdürüb - Otellər satışa çıxarılıb

© AFP 2023 / JAIME REINATuristlər Malyorkada çimərlikdə, arxiv şəkli
Turistlər Malyorkada çimərlikdə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
İspan daşınmaz əmlak saytının məlumatlarına görə satışa çıxarılan otellərin sayı 2020-ci ilə nisbətən 30 faiz artıb. Satışa çıxarılan otellərin böyük hissəsi Əndəlüs (135 otel), Kataloniya (113 otel) və Balear adalarında (67 otel) yerləşir.
BAKI, 11 avqust — Sputnik. Koronavirus pandemiyasının turizm sektoruna təsiri İspaniya şirkətlərini hesablarını balanslaşdırmaq üçün müəssisələrdən xilas olmağı cəhd etməyə məcbur edib.
Sputnik Azərbaycan xəbər verir ki, ölkənin turizm sektorunun yay aylarında 2019-cu ilin rəqəmlərinin yarısını bərpa edəcəyi gözlənilirdi. Lakin Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələr tərəfindən tətbiq edilən müvəqqəti məhdudiyyətlər maliyyə göstəricilərinin aşağı düşməsinə səbəb oldu.
İspan daşınmaz əmlak saytının məlumatlarına görə satışa çıxarılan otellərin sayı 2020-ci ilə nisbətən 30 faiz artıb. Satışa çıxarılan otellərin böyük hissəsi Əndəlüs (135 otel), Kataloniya (113 otel) və Balear adalarında (67 otel) yerləşir.
İyun ayına olan məlumata görə, otellərdə gecələmə sayı 2019-cu illə müqayisədə 62 faiz az idi.
"Exceltur" İspaniya Turizm Peşəkarları Federasiyasına görə, avqustun ortalarında otel bronlaşdırılması "dayandı". Avqust ayında, böyük otel şəbəkələri, peyvəndin irəliləməsi ilə tələbatın artacağını və bu tempin önümüzdəki aylarda da davam edəcəyini gözləyirdilər.
Milli turizm artıq ikinci yay mövsümüdür ki, İspaniyada turizm sektorunun təkanverici qüvvəsi olaraq qalır. Faktiki olaraq, yerli turistlər artıq 2019 -cu ilə nisbətən daha çox pul xərcləyirlər. Lakin bu impuls, pandemiyadan əvvəl turist fəallığının üçdə ikisini təşkil edən, indi isə hətta 40 faizə çatmayan beynəlxalq turizmin olmamasından irəli gələn itkiləri kompensasiya etmir.
Qeyd edək ki, Koronavirus pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. 28 mart 2021-ci il tarixinə olan məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126,751,929 nəfərə çatıb. Bunların 100 milyon nəfəri sağalıb, 2,778,310 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər lenti
0