https://sputnik.az/20210808/Baghirsaq-qurdu-dermani-COVID-19-da-effektiv-netice-gosterib-427655155.html
COVID-19 üçün elə bir dərman tapıblar ki...
COVID-19 üçün elə bir dərman tapıblar ki...
Sputnik Azərbaycan
ABŞ alimlərinin fikrincə, SARS-CoV-2-nin daha aqressiv ştammları peyda olarsa, əldə etdikləri vasitə insanları, xüsusilə də peyvəndlənmə imkanı olmayanları... 08.08.2021, Sputnik Azərbaycan
2021-08-08T20:55+0400
2021-08-08T20:55+0400
2021-11-16T20:28+0400
yeni tip koronavirus pandemiyası
xəbərlər
covid-19
epidemiya
koronavirus
parazit
bağırsaq
qurd
dərman
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427371384_0:29:3073:1757_1920x0_80_0_0_35cd4e6be6b95e1b1df6a8655f2b684b.jpg
BAKI, 8 avqust – Sputnik. Parazitlərə qarşı dərman preparatı koronavirusun yayılmasını əngəlləyə bilər. Bunu ABŞ-ın Skripps İnstitutunun mütəxəssisləri deyirlər.Sputnik Azərbaycan bildirir ki, onların araşdırmalarının nəticələri ACS Infectious Disease jurnalında dərc olunub.Bağırsaq qurdlarına qarşı preparatlar – salisilanidlərdəki maddələr müəyyən infeksiyalarda çox effektivdir, bunu hələ 10-15 il əvvəl sübut ediblər. Ancaq yeni araşdırmanın müəllifləri bildirirlər ki, belə dərmanların təsir dairəsi adətən bağırsaqlarla məhdudlaşır, hətta bəzən orqanizm üçün zəhərli də ola bilər.Ötən il dünyanı pandemiya bürüyəndə alimlər salisilanidlərin virusəleyhinə xüsusiyyətlərini nəzərə alaraq onların COVID-19-a təsirini araşdırmağa qərar veriblər. Birləşmələrdən biri (№ 11) zəhərlənmə yaratmadan bağırsaqdan keçərək qana sorulmaq bacarığı ilə seçilib.Araşdırma göstərib ki, həmin birləşmə hüceyrələrin yoluxmasına mane olur.“Birləşmə virus materialının çıxışnı blok edir, o da sadəcə olaraq dağılır. Bu proses SARS-CoV-2-nin replikasiyasına mane olur”, - araşdırma müəlliflərindən biri olan Kim Canda bildirib.Siçanlar üzərində aparılan təcrübədə № 11 birləşməsi iltihabın səviyyəsini, eləcə də iltihabın əsas amili olan interleykin-6 zülalını və nəticə olaraq da sitokin hücumunu azaldıb.İndi alimlər bu nəticələri heyvanlar üzərində mürəkkəb təcrübələrlə təsdiqləmək, sonra isə kliniki sınaqlara başlamaq niyyətindədirlər. Onların fikrincə, SARS-CoV-2-nin daha aqressiv ştammları peyda olarsa, əldə etdikləri vasitə insanları, xüsusilə də peyvəndlənmə imkanı olmayanları qoruya biləcək.Eləcə də oxuyun:ÜST-ün koronavirus barədə romantik planlarıAzərbaycanda koronavirusdan ölüm faizi aşağı düşüb - Səhiyyə NazirliyiQvineyada ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427371384_48:0:2779:2048_1920x0_80_0_0_1331450463f92d041c0ed6777515f363.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeni tip koronavirus pandemiyası, xəbərlər, covid-19, epidemiya, koronavirus, parazit, bağırsaq, qurd, dərman, dünya
yeni tip koronavirus pandemiyası, xəbərlər, covid-19, epidemiya, koronavirus, parazit, bağırsaq, qurd, dərman, dünya
COVID-19 üçün elə bir dərman tapıblar ki...
20:55 08.08.2021 (Yenilənib: 20:28 16.11.2021) ABŞ alimlərinin fikrincə, SARS-CoV-2-nin daha aqressiv ştammları peyda olarsa, əldə etdikləri vasitə insanları, xüsusilə də peyvəndlənmə imkanı olmayanları qoruya biləcək.
BAKI, 8 avqust – Sputnik. Parazitlərə qarşı dərman preparatı koronavirusun yayılmasını əngəlləyə bilər. Bunu ABŞ-ın Skripps İnstitutunun mütəxəssisləri deyirlər.
Sputnik Azərbaycan bildirir ki, onların araşdırmalarının nəticələri ACS Infectious Disease jurnalında dərc olunub.
Bağırsaq qurdlarına qarşı preparatlar – salisilanidlərdəki maddələr müəyyən infeksiyalarda çox effektivdir, bunu hələ 10-15 il əvvəl sübut ediblər. Ancaq yeni araşdırmanın müəllifləri bildirirlər ki, belə dərmanların təsir dairəsi adətən bağırsaqlarla məhdudlaşır, hətta bəzən orqanizm üçün zəhərli də ola bilər.
Ötən il dünyanı pandemiya bürüyəndə alimlər salisilanidlərin virusəleyhinə xüsusiyyətlərini nəzərə alaraq onların COVID-19-a təsirini araşdırmağa qərar veriblər. Birləşmələrdən biri (№ 11) zəhərlənmə yaratmadan bağırsaqdan keçərək qana sorulmaq bacarığı ilə seçilib.
Araşdırma göstərib ki, həmin birləşmə hüceyrələrin yoluxmasına mane olur.
“Birləşmə virus materialının çıxışnı blok edir, o da sadəcə olaraq dağılır. Bu proses SARS-CoV-2-nin replikasiyasına mane olur”, - araşdırma müəlliflərindən biri olan Kim Canda bildirib.
Siçanlar üzərində aparılan təcrübədə № 11 birləşməsi iltihabın səviyyəsini, eləcə də iltihabın əsas amili olan interleykin-6 zülalını və nəticə olaraq da sitokin hücumunu azaldıb.
İndi alimlər bu nəticələri heyvanlar üzərində mürəkkəb təcrübələrlə təsdiqləmək, sonra isə kliniki sınaqlara başlamaq niyyətindədirlər. Onların fikrincə, SARS-CoV-2-nin daha aqressiv ştammları peyda olarsa, əldə etdikləri vasitə insanları, xüsusilə də peyvəndlənmə imkanı olmayanları qoruya biləcək.
ÜST-ün koronavirus barədə
romantik planlarıAzərbaycanda
koronavirusdan ölüm faizi aşağı düşüb - Səhiyyə Nazirliyi
Qvineyada
ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildi