23:13 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (743)
2501

Mütəxəssislərin fikrincə, ştammın koronavirusa qarşı vaksinlərin təsirini azaltmasına dair dəlillər hələ təsdiqini tapmayıb.

BAKI, 24 iyul - Sputnik. İngiltərə İctimai Səhiyyə Agentliyinin (PHE) mütəxəssisləri koronavirusun daha bir mutasiyasını aşkarlayıblar. Ona B.1.621 adı verilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Mirror yazır.

Qeyd olunur ki, hazırda 16 fakt təsdiqini tapıb və onların hamısı xaricə səfərlərlə bağlıdır. Bu infeksiyanın Böyük Britaniya ərazisində yayılması barədə sübutlar hələ ki yoxdur.

"Mutasiyanın virusun davranışına təsirini daha yaxşı anlamaq üçün PHE laborator sınaqları keçirir", - məqalədə deyilir.

Mütəxəssislərin fikrincə, ştammın koronavirusa qarşı vaksinlərin təsirini azaltmasına dair dəlillər hələ təsdiqini tapmayıb.

Koronavirus "əlifbası"

Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

2021-ci il iyunun 2-də ÜST qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.

Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı "Delta", Cənubi Amerika ştammı isə "lyambda" adlandırılır.

Eləcə də oxuyun:

  • Koronavirusun yeni "lyambda" ştammı artıq otuzdan çox ölkədə aşkarlanıb
Mövzu:
Yeni tip koronavirus pandemiyası (743)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, mutasiya, Böyük Britaniya

Əsas mövzular