18:53 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
DÜNYA
Qısa URL
5110

Avropa İttifaqı Şurasının sabiq sədri qeyd edib ki, Aİ-nin dağılması sürətli olmayacaq, bir neçə il uzanacaq.

BAKI, 18 iyul - Sputnik. Avropa İttifaqı Şurasının sabiq sədri Donald Tusk bildirib ki, əgər digər üzv dövlətlər də Polşa və Macarıstan kimi Brüssellə münaqişə aparmağa başlasalar, o zaman Avropa Birliyi dağıla bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Tusk TVN24-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Varşava ilə Budapeşt məhkəmə hakimiyyəti və KİV azadlığı mövzusunda Brüsselin mövqeyini bölüşmürlər.

"Əgər Avropa İttifaqına zərbə vurmaqda israrlı olan belə ölkələrin sayı artarsa, o zaman təşkilatın sonu gələcək", - Tusk söyləyib.

Keçmiş sədr qeyd edib ki, Aİ-nin dağılması sürətli olmayacaq, bir neçə il uzanacaq.

Bir qədər öncə məlumat yayılmışdı ki, Avropa İttifaqı Polşanın məhkəmə islahatı keçirməkdən imtinasını Avropa haqlarına zidd hesab edib. Eləcə də bildirilib ki, Avropa Komissiyası LGBT ilə bağlı situasiyaya görə Polşa və Macarıstanı məhkəmə ilə hədələyəb.

Avropa İttifaqı 

Avropa Birliyi və ya Avropa İttifaqı 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Formal olaraq 1 noyabr 1992-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.

Təşkilatın mənzil-qərargahı Brüsseldə yerləşir.

AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.

Eləcə də oxuyun:

Teqlər:
Avropa İttifaqı, dağılma, Polşa, Macarıstan, LGBT, KİV, azadlıq, Donald Tusk, müsahibə

Əsas mövzular