00:59 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
RUSİYA
Qısa URL
19 0 0

Rusiya xarici işlər nazirinin müavini müsahibəsində Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, Aİ və ölkəsinin Əfqanıstana dair mövqeyi barədə danışıb.

BAKI, 13 iyul — Sputnik. ABŞ Prezidenti Co Bayden və eks-prezident Donald Trampın administrasiyaları həm yanaşmalar, həm də siyasi üslubuna görə xeyli fərqlənirlər. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Yanaşmalardakı fərqlər, Aİ ilə qarşıdurma, Əfqanıstan: Ryabkovdan vacib suallara cavablar

"Bayden və Tramp administrasiyaları arasında fərq böyükdür. Bir çox aspektlərdə onlar bir-birinin əksidir. Lakin bu o demək deyil ki, onlar ABŞ-ın prioritet və maraqlarını fərqli şəkildə görürlər. Düşünürəm ki, elə məhz bu məsələdə əvvəlki və indiki administrasiyalar tam üst-üstə düşür. Lakin metodologiya, üslub, janr, məlumatların təqdimatı - bütün bunlar hazırda tamam fərqlidir", - deyə nazir müavini "Mejdunarodnaya jizn" (Beynəlxalq həyat) jurnalına müsahibəsində bildirib.

Əvvəlki administrasiyanın dövründə mövcud olan "super mühafizəkar iddialar" hazırda "Demokratlar partiyasına çox xas olan ABŞ maraqlarının qorunmasının kompleksliliyi və ideolojiliyi" ilə əvəz olunub", - deyə Ryabkov vurğulayıb.

"Qeyd etmək istərdim ki, Cenevrədə keçirilən zirvə görüşündə Amerika tərəfindən Moskva ilə Vaşinqton arasında dəyərlərin fərqliliyi bucağından mövqe sərgiləndi. Keçmişdə bu, belə deyildi, ancaq mahiyyət eynidir: Moskva bir çox məsələlərdə geosiyasi rəqib kimi nəzərdən keçirilir, o, ABŞ-ın dünyadakı qeyd-şərtsiz hökmranlığına bir təhlükə mənbəyi kimi qəbul edilir", - deyə siyasətçi bildirib.

Ryabkov hesab edir ki, Tramp və Bayden administrasiyaları arasındakı real fərqləri hələ öyrənmək lazımdır, hələ ki, konkret nəticələr çıxarmaq tezdir. Onun sözlərinə görə, Tramp administrasiyası dövründə pozitiv ritorikanın arxasında "maksimum nəticə əldə etmək" cəhdlərindən başqa heç nə yox idi.

"Müvafiq olaraq, bizim bu xətti qəbul etməməyimiz tamamilə aşkar idi və münasibətlər qətiyyən yaxşılaşmadı, əksinə pisləşdi", - deyə o bildirib.

Avropa İttifaqına nə olub

Nazir müavini onu da bildirib ki, hazırda RF-ABŞ sammitindən sonra Avropa İttifaqının qarşıdurma xəttinin zəifləməsi müşahidə edilmir.

"Düzünü desəm, mən düşünmürəm ki, burada ümumiyyətlə kiminsə ABŞ-dan icazə alaraq yaxşılığa doğru dəyişməsi müstəvisində nədənsə danışmaq olar. Elə pisləşməyə doğru da. Təəssüf ki, nə qədər istəsək də, bugünkü Avropada münasibətin pisləşməyə doğru dəyişməsini də istəyənlər az deyil", - deyə Ryabkov bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika alyansı adından müxtəlif fikirlər nə qədər çox səslənirsə, Rusiyanın bunu ciddi qəbul etməyə həvəsi azalır.

"NATO, sağlam düşüncə ilə hesablaşmayaraq, keçmişdə qiymətdən düşmüş və indi də heç bir səmərə verməyən yanaşmalar sərgiləyir. Buna baxmayaraq, bu maşın, bu şarmanka eyni bir melodiyanı fırlatmaqda davam edir. O, artıq xırıldayır, bu mexaniki piano artıq çoxdan sınıb", - deyə diplomat bildirib.

Nazir müavininin sözlərinə görə, kollektiv Qərb Rusiyanı bərabərhüquqlu tərəfdaş kimi tanımır. Burada, sözsüz ki, əsas, hətta müəyyənləşdirilən rollardan birini ABŞ oynayır.

"Biz buna hazır olan, müxtəlif lövhələrdə oynamağa hazır olan tərəfdaşlarımızla müxtəlif istiqamətlərdə işləməyə hazırıq", - deyə Ryabkov bildirib.

Əfqan məsələsi

Əfqanıstandakı vəziyyət barədə danışarkən Rusiya XİN təmsilçisi bildirib ki, ABŞ qoşunlarının oradan qonşu ölkələrə köç etməsi Rusiya üçün məqbul deyil və Moskva Vaşinqtonu bu cür addımlardan çəkinməyə çağırır.

"Mən Amerikanın hərbi varlığının Əfqanıstanla həmsərhəd ölkələrə keçirilməsinin bizim üçün qəbuledilməz olduğunu xüsusi vurğulamaq istəyirəm. Biz bu barədə amerikalılara birbaşa və açıq şəkildə demişik", - deyə o bildirib və onu da əlavə edib ki, Amerika qoşunlarının Əfqanıstanla qonşu ölkələrə köçürülməsi Rusiya-ABŞ münasibətlərində "çox şeyi dəyişdirərdi".

Nazir müavini bildirib ki, Rusiya bu məsələni Mərkəzi Asiyadakı müttəfiqləri və regionun digər ölkələri ilə müzakirə edir.

Əsas mövzular