05:09 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
23 0 0

Şarl Mişel ümid edir ki, minalanmış ərazilərin xəritələri, demarkasiya və sərhədlərin delimitasiyası məsələlərini həll etmək mümkün olacaq.

BAKI, 17 iyul — Sputnik. Avropa İttifaqı Ermənistana 2,6 milyard avro çərçivəsində maliyyə yardımı edəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu bu gün Yerevanda Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

"Biz sizin yanınızdayıq və Ermənistanın prioritetlərini - infrastruktur, rəqəmsal gündəm, iqlim, nəqliyyat, demokratik islahatları təşviq etmək üçün Ermənistana 2,6 milyard avro maliyyə paketi təqdim etməyə hazır olduğumuzu təsdiqləyirik", - deyə Mişel bildirib.

O, həmçinin bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazda problemlərin həllinə daha aktiv cəlb olunmaq, regionla əlaqələri möhkəmləndirmək niyyətindədir: "Bölgəyə sabitlik və firavanlıq gətirmək üçün çalışmağa davam etməyinizi tövsiyə edirik. Ümid edirik ki, minalanmış ərazilərin xəritələri, demarkasiya və sərhədlərin delimitasiyası məsələlərini həll etmək mümkün olacaq. Sülh danışıqları vacibdir. Avropa İttifaqı problemli məsələləri həll etmək və demokratik dəyərləri təbliğ etmək üçün konstruktiv tərəfdaş olmağa hazırdır".

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistandan sonra Azərbaycana səfər edəcək.

Həmçinin oxuyun: 

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gəlir

Əsas mövzular