06:56 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (729)
17 0 0

Afrikanın 16 ölkəsi, xüsusən də Cənubi Afrika Respublikasında virusun yeni dalğası o qədər şiddətlidir ki, yoluxma sayında ikiqat artım qeydə alınır.

BAKI, 3 iyul - Sputnik.  COVID-19 virusunun “Delta” ştammı Afrikada sürətlə yayılır. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, Afrikada vaksinasiya o qədər aşağı səviyyədədir ki, 1.3 milyard insanın yalnız 2 faizi vaksinin bir dozasını qəbul edə bilib.

ÜST-ün Afrika regionu üzrə direktoru Matşidiso Moeti bildirib ki, üçüncü dalğa bizim əvvəl heç görmədiyimiz sürətlə yayılır: "Afrikanın 16 ölkəsi, xüsusən də Cənubi Afrika Respublikasında virusun yeni dalğası o qədər şiddətlidir ki, yoluxma sayında ikiqat artım qeydə alınır. Virusun sürətlə yayılması daha çox ölüm halları deməkdir. Bunun qarşısını almaq üçün təcili addımlar atılmalıdır”.

Ötən cümə günü CAR-da virusa 20 min yeni yoluxma aşkar edilib. Ümumilikdə ölkədə 1,9 milyon insanın virusa yoluxması nəticəsində 66 323 nəfər həyatını itirib. CAR-ın Yohannesburq və Qautenq əyalətləri yoluxmanın episentri kimi qəbul edilir. Bu əyalətlərdə xəstəxanalardakı yerlərin 91 faizi artıq dolub. Ölkənin Səhiyyə Departamenti xəstələrin çoxalması səbəbindən əlavə olaraq 5 min 500 tibb işçisini işə qəbul edib.

Koronavirusun delta ştammı

Bir neçə mutasiyaya uğramış B.1.617 ştammı ilk dəfə Hindistanın Maharaştra əyalətində müəyyən olunub. Həkimlərin fikrincə, Hindistanda ikinci koronavirus dalğasının səbəblərindən biri də məhz bu mutasiya ilə bağlıdır. Son vaxtlar virusun bu variantı bir çox başqa ölkələrdə də qeydə alınıb.

Hindistan ştammının ortaya çıxan yeni növü isə "Delta-plyus" adlandırılıb. Mutasiya olunmuş virusa ilk yoluxma hadisəsi də elə eyni ölkədə - Hindistanda qeydə alınıb. Bu günlərdə "Delta-plyus"dan ilk ölüm halı da müəyyən olunub. Həmin şəxs peyvənd olunmayıbmış.

Hindistan ştammına yoluxanlarda qarında ağrı, iştahanın itməsi, ürəkbulanması, ishal müşahidə olunur. Öskürək və hərarətin qalxması da baş verə bilər.

Bu gün ÜST AVRO-2020 turnirini qəbul edən şəhərlərdə insanların sıx toplaşması səbəbi ilə koronavirus pandemiyasının üçüncü dalğasını istisna etməyib.

Eləcə də oxuyun:

  • "Delta" ştammı qapıdadır: Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə çağırdı

  • Delta ştammı hansı xüsusiyyətlərə malikdir? - Vüqar Cavadzadə açıqlayır

  • Delta ştammı daha bir ölkəni əcnəbilərin üzünə bağlayır

Mövzu:
Yeni tip koronavirus pandemiyası (729)
Teqlər:
Hindistan, ştamm, Koronavirus, epidemiya, COVID-19, Afrika

Əsas mövzular