13:12 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233

Delta ştammı hansı xüsusiyyətlərə malikdir? - Vüqar Cavadzadə açıqlayır

RADİO
Qısa URL
1326 0 0

Həkim-infeksionist Vüqar Cavadzadə deyir ki, yoluxma sayında yenidən artım baş verərsə, nisbətən sərtləşmə tədbirləri tətbiq edilə bilər

Vüqar Cavadzadə: “Yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir”

Qlobal cəmiyyət hazırda tüğyan edən koronavirus pandemiyasından dərs götürməli, yeni epidemiya və pandemiyalara hazır olmalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Sputnik Azərbaycan dünyada sürətlə yayılan Delta ştammı ilə bağlı həkim-infeksionist Vüqar Cavadzadənin fikirlərini öyrənib.

Həkim bildirib ki, Delta ştammı Hindistan ştammının mutasiya olunmuş formasıdır: “Bu ştammın əsas xüsusiyyəti sürətlə yayılmasıdır. Yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir, o cümlədən də uşaqlar arasında. Bizdə yoluxmalar azalması səbəbindən yumşalmalara gedildi. Yeni ştammın bizə qonşu olan ölkələrdə mövcud olması bizə də gəlib çıxma təhlükəsini aktual saxlayır. Yoluxma sayında yenidən artım baş verərsə, nisbətən sərtləşmə tədbirləri tətbiq edilə bilər. Bir çox ölkələrdə yoluxmalarda yenidən əvvəlki pik yoluxmaların təkrarlanması növbəti epidemik alovlanmadır. Ölkəmizdə isə epidemik vəziyyət stabildir və hər hansı qapanma təhlükəsi yoxdur”.

Vüqar Cavadzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular