20:03 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
22

Siyahıya baxanda məlum olur ki, sözügedən şəxslərin əksəriyyəti koronavirus əleyhinə peyvənd istehsal edən əczaçılıq şirkətlərinin rəhbərləri və nümayəndələridir.

BAKI, 22 may — Sputnik. Koronavirus pandemiyası başlayandan bəri dünyada əczaçılıq şirkətlərinin gəlirlərinin artması hesabına doqquz yeni milyarder meydana çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Oxfam" təşkilatı "People's Vaccine Alliance"-ın məlumatlarına istinadla xəbər yayıb.

Siyahıya baxanda məlum olur ki, sözügedən şəxslərin əksəriyyəti koronavirus əleyhinə peyvənd istehsal edən əczaçılıq şirkətlərinin rəhbərləri və nümayəndələridir.

Beləliklə, reytinq cədvəlinin lideri Amerika əczaçılıq şirkəti "Moderna"-nın direktoru Stefan Banselin sərvəti 4,3 milyard dollar olaraq qiymətləndirilir. İkinci yeri Almaniyanın "BioNTech" şirkətinin həmtəsisçisi və rəhbəri Uğur Şahin tutur (4 milyard dollar). Üçüncü yerdə isə immunoloq və "Moderna" şirkətinin investoru Timoti Springer (2,2 milyard dollar) qərar tutub.

Peyvənd hesabına sərvət toplayaraq varlanmış və adını dünyanın yeni zənginlərinin siyahısna yazdıran dördüncü şəxs "Moderna"-nın direktorlar şurasının sədri Nubar Afeyandır. O, peyvənd hesabına 1,9 milyard dollar vəsait qazanıb.

İlk beşliyi "Moderna" peyvəndi üçün qablaşdırma istehsalı ilə məşğul olan ROVI şirkətinin sədri, 1,8 milyard dollarlıq sərvətə sahib Xuan Lopez-Belmonte tamamlayır.

Siyahıda "Moderna" şirkəti üçün çalışan alim və investor Robert Langer (1,6 milyard dollar), Çinin "CanSino Biologics" əczaçılıq şirkətinin həmtəsisçisi və baş elmi işçisi Çjhu Tao (1,3 milyard dollar), həmin firmanın nümyəndələri Tsyu Dunsu (1,2 milyard dollar) və Mao Xyayxua (1 milyard dollar) da var.

Bu şəxslərin ümumi sərvətinin 19,3 milyard dollar olduğu təxmin edilir.

Qeyd edək ki, bir qədər bundan əvvəl "Tesla" və "SpaceX"-in rəhbəri İlon Maskın dünyanın ən varlı insanlarının reytinqində üçüncü yerə düşdüyü bildirilmişdi.

Həmçinin oxuyun: 

* Bill Qeyts koronavirus pandemiyasının bitmə tarixini açıqladı

* İsti-soyuq mif: amerikalılar iqlim məsələsi ilə oynayaraq dünyanı necə biçimləndirirlər

Rəqəmsal dünyanın "möcüzələri": Bipl və Mask ənənəvi sənətə qarşı

 

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, vaksin, milyarder

Əsas mövzular