Akar: "Orada təkcə fələstinli qardaşlarımız deyil, insanlıq qətl edilir"

© AFP 2023 / ARIS OIKONOMOUМинистр национальной обороны Турции Хулуси Акар, фото из архива
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Qəzza zolağında İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. Türkiyənin müdafiə naziri Hulusi Akar məsələyə Beynəlxalq Cinayət Məhkəməsinin biganə qalmamasına çağırıb.

BAKI, 17 may — Sputnik. Müqəddəs yerlərə, mülki hədəflərə, məsum insanlara qarşı edilən, uşaq və qadınların qətlə yetirildiyi bu hücumları nifrətlə qınayırıq. Bunları qəbul etmək mümkün deyil. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

"Bu məsələdə BMT, Avropa İttifaqı, NATO başda olmaqla beynəlxalq qurum və təşkilatlar nə lazımdırsa, onu etməli, Beynəlxalq Cinayət Məhkəməsi də bu məsələdə addım atmalıdır. Bu məsələdə heç kim səssiz qalmamalıdır. Orada təkcə fələstinli qardaşlarımız deyil, insanlıq qətl edilir. Bunu hamı görməlidir. Bu ikiüzlülüyü şiddətlə qınayırıq", - deyə Akar qeyd edib.

Xatırladaq ki, Qəzza zolağında İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur. Eskalasiyanın başladığı gündən bəri İsrail ərazisinə Qəzza zolağından 2900-a yaxın raket atılıb.

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və "İslami cihad" qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib. Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlə ölçülür.

Eləcə də oxuyun:

Zərif Roma Papası ilə görüşdü, Ərdoğan isə zəng etdi

Qəzza sektorundan İsrailə daha 60 raket atılıb

* Ekspert: “Onlar manipulyasiyalar etməklə təsir qüvvələrini artırmaq istəyirlər

 

Xəbər lenti
0