Ərdoğan və Ruhani Fələstindəki vəziyyəti müzakirə ediblər

© © Kayhan Ozer / Presidential Palace / Handout via REUTERSRəcəb Tayyip Ərdoğan və Həsən Ruhani
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Ərdoğan Ruhani ilə telefon danışığı zamanı İsrailin Fələstinə həyata keçirdiyi hücumlara və zülmə qarşı Türkiyənin öz mövqeyini ən sərt şəkildə ortaya qoyduğunu bildirib.

BAKI, 16 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan olan həmkarı Həsən Ruhani ilə telefonla danışıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, həmçinin İsrail-Fələstin qarşıdurmasını müzakirə ediblər.

Ərdoğan, Ruhani ilə telefon danışığı zamanı İsrailin Fələstinə qarşı həyata keçirdiyi hücumlara və zülmə qarşı Türkiyənin öz mövqeyini ən sərt şəkildə ortaya qoyduğunu bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, beynəlxalq ictimaiyyət İsrailin bu əsassız hücumlarına qarşı güclü və çəkindirici dərs verməlidir.

Xatırladaq ki, Qəzza zolağında İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur. Eskalasiyanın başladığı gündən bəri İsrail ərazisinə Qəzza zolağından 2900-a yaxın raket atılıb.

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və "İslami cihad" qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib. Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlə ölçülür.

Eləcə də oxuyun: 

Çavuşoğludan Fələstin-İsrail qarşıdurmasına münasibət: "Ümmət bizdən liderlik gözləyir"

* İsrail HƏMAS üzvlərinin evlərinə zərbələr endirdi

Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıblar

 

Xəbər lenti
0