İslam ölkələrinin fövqəladə iclası çağırılıb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə
Prezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə  - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
İclas təşkilata üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində baş tutacaq, İsrail və Fələstin arasındakı gərginlik müzakirə ediləcək.

BAKI, 15 may - Sputnik. Türkiyənin istəyi əsasında 16 may tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclası keçiriləcək.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, iclas təşkilata üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində baş tutacaq. İclasda İsrail və Fələstin arasındakı gərginlik müzakirə ediləcək.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıb.

İsrail ordusu öz növbəsində Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.

 

 

Read more: https://sputnik.az/world/20210515/426960763/srail-beynlxalq-media-qurumlarnn-yerldiyi-binan-bombalayb.html

 

Xəbər lenti
0