Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

© AP Photo / David GoldmanАмериканский военный в Афганистане
Американский военный в Афганистане - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Faktiki olaraq isə qoşunların çıxarılmasına hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

 

BAKI, 16 may — Sputnik. Çin Xalq Respublikasının xarici işlər naziri Van İ pakistanlı həmkarı Mahmud Qureyşi ilə telefon danışığında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşı tənqidi fikirlər səsləndirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çinli nazir Amerika qoşunlarının tez-tələsik çıxarılmasını Əfqanıstanda barışıq prosesinə ciddi zərbə adlandıraraq regionda sabitlik barədə neqativ fikirlərini dilə gətirib.

VAN İ bildirib ki, rəsmi Pekin yaranmış vəziyyətdə BMT-nin "vacib rol oynayacağına", Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin isə Əfqanıstandakı vəziyyətin qaydaya salınmasına ciddi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

"Əfqanıstanla qonşu ölkələr qarşılıqlı fəaliyyəti gücləndirməli, bir cəbhə kimi hərəkət etməli və əlaqələndirilmiş addımlar atmalıdırlar", - deyə nazir bildirib.

Çin xarici siyasət idarəsinin rəhbəri həmçinin İslamabadın Əfqanıstanda sülhün əldə olunması istiqamətində addımlarını yüksək qiymətləndirdiyini və Pakistanın ənənəvi olaraq Əfqanıstanla bağlı proseslərdə vacib nüfuza malik olduğunu deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş ediblər. Bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş ediblər.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına rəsmən mayın 1-də başlanıb və sentyabrın 11-nə qədər davam etməlidir. Faktiki olaraq isə qoşunların çıxarılması hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

Eləcə də oxuyun: 

ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

 

Xəbər lenti
0