00:38 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
DÜNYA
Qısa URL
28

Co Bayden administrasiyasının nümayəndələrinin və bəzi hərbçilərin fikrincə, ordunu Əfqanıstanla sərhəddəki Özbəkistan və Tacikistanda yerləşdirmək daha yaxşı olardı.

BAKI, 10 may – Sputnik. Amerika Birləşmiş Ştatları Əfqanıstandan çıxaracağı əsgərləri Orta Asiyada yerləşdirə bilər, ancaq bu barədə razılaşma hələ əldə edilməyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Wall Street Journal öz mənbələrinə istinadən yazır.

Nəşr bildirir ki, Əfqanıstan hökumətini dəstəkləmək, “Taliban” radikal hərəkatını dəf etmək üçün ABŞ-a təkcə hərbçiləri deyil, eləcə də PUA-ları, bombardmançıları və artilleriyanı yerləşdirmək üçün də baza tələb olunur. ABŞ hökuməti və müdafiə nazirliyindəki nümayəndələrin sözlərinə görə, ordu birləşmələrinin  yerdəyişməsi üçün Əfqanıstanla qonşu olan Orta Asiya, eləcə də Fars körfəzi ölkələri və HDQ-nin ayrı-ayrı gəmiləri gözdən keçirilir.

Co Bayden administrasiyasının nümayəndələrinin və bəzi hərbçilərin fikrincə, ordunu Əfqanıstanla sərhəddəki Özbəkistan və Tacikistanda yerləşdirmək daha yaxşı olardı, yəni bu, lazım gələn anda Əfqanıstana daha tez keçməyə kömək edərdi. Ancaq mənbələr deyirlər ki, bu ölkələrdə hərbçilərin yerləşdirilməsi Rusiyanın bölgədəki “böyük hərbi mövcudluğu” və Çinin artan təsiri səbəbindən çox çətindir.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad mayda Özbəkistanla Tacikistana səfər etsə də, o zaman Əfqanıstandakı vəziyyəti müzakirə edib. WSJ-nin mənbələri deyirlər ki, Özbəkistanla Tacikistan zorakılığın artmasını isltəmirlər, bu onları narahat edir.

Adı çəkilməyən rəsmilər həmçinin bildiriblər ki, bazaların Orta Asiyada yerləşdirilməsi barədə hələ ki təklif verilməyib, ancaq hazırda ABŞ Müdafiə Nazirliyi bu variantı götür-qoy edir. Qərarın qəbul edilməsində Dövlət Departamenti ilə Ağ Ev də iştirak edirlər.

Əvvəllər ABŞ-ın Orta Asiyada iki bazası olub, onlardan Əfqanıstanda əməliyyatların aparılması və qoşunların dislokasiyası üçün istifadə edilib. ABŞ Özbəkistandakı bazanı 2005-ci, Qırğızıstandakı bazanı isə bundan təxminən 10 il sonra tərk edib.

Qəzet yazır ki, Rusiya və Çinlə münasibətlərinin pozulmasına rəğmən, ölkələr ABŞ-ın bölgədə sabitlik yaratmaq istəyini bölüşürlər. Orta Asiya ölkələri isə Rusiya və Çinin təsirini azaltmağa çalışırlar.

Wall Street Journal ehtimal edir ki, ABŞ ordusunun Əfqanıstandan çıxarılması iyulda başa çata bilər.

Bundan öncə ABŞ administrasiyası bəyan etmişdi ki, qoşunlarını Əfqanıstandan mayın 1-dən sentyabrın 11-dək, tərəfdaşları ilə tam koordinasiya şərtləri altında çıxaracaq. 2020-ci ildə ABŞ və Taliban Dohada 18 illik müharibədən sonra sülh müqaviləsi imzaladılar. Bu müqaviləyə görə, xarici hərbi qüvvələr Əfqanıstandan 14 ay müddətinə çıxarılır, bundan sonra isə əfqanlar öz aralarında hərbi əsirlərin dəyişdirilməsi üzrə dialoqa başlayırlar. İmzadan sonra taliblər dəfələrlə ABŞ-ı müqaviləni pozmaqda ittiham ediblər.

Eləcə də oxuyun: 

NATO və ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir

* KİV: ABŞ qoşunları çıxarsa, "Taliban" Əfqanıstanda hakimiyyəti öz əlinə alacaq

* ABŞ müdafiə naziri yeni müharibələr üçün yeni strategiya təklif edir

 

Teqlər:
Orta Asiya, qoşun, Əfqanıstan, ABŞ

Əsas mövzular