BAKI, 14 may - Sputnik. ABŞ-da benzinin orta qiyməti Colonial Pipeline şirkətinə haker hücumu fonunda bir qallon (3.8 litr) üçün 7 sent artaraq 2014-cü ildən bəri rekord həddə - 3.02 dollara çatıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Amerika Avtomobilçilər Assosiasiyası (AAA) xəbər verib.
"Boru xəttinin ötən cümə günündən mayın 13-ü səhərədək bağlanması səbəbilə ölkədə benzinin qiyməti orta hesabla 7 sent qalxıb. Orta qiymət indi 3,02 dollardlr. Bu, 2014-cü ilin oktyabrından bəri ən böyük göstəricidir", - AAA-nın məlumatında deyilir.
Şirkətin proqnozuna görə, qiymətlər qarşıdakı bir neçə gün ərzində dəyişəcək, ancaq boru xəttinin işinin nizama salınması ilə qiymətlərin artdığı ştatlarda vəziyyət bir qədər yüngülləşəcək.
AAA-da qeyd ediblər ki, cənubdakı Tennessi, Corciya, Şimali və Cənubi Karolina, eləcə də Virciniya ştatının cənubunda benzin tədarükünü tam bərpa etmək bir neçə gün çəkəcək.
Ancaq o da bildirilir ki, defisit uzun sürməyəcək, çünki ABŞ-ın kifayət qədər benzini var.
Ötən həftənin cümə günü, mayın 7-də ABŞ-ın nəhəng boru xətləri operatoru Colonial Pipeline kiberhücuma məruz qalıb. FTB bildirib ki, şirkətə DarkSide proqramı vasitəsilə hücum edilib. ABŞ Prezidenti Co Bayden bildirib ki, hakerlər Rusiyada yerləşirlər, hökumətin isə bu işdə əli yoxdur.
Eləcə də oxuyun:
* Rusiyadan benzin çıxarılmasına qadağa qoyula bilər
* Azərbaycanlılar benzinə nə qədər pul xərcləyirlər
* Tarix açıqlandı - Məşhur avtomobil şirkəti benzin və dizeldən imtina edir