Tarix açıqlandı - Məşhur avtomobil şirkəti benzin və dizeldən imtina edir

© © Joshua Lott / Getty Images / AFPПикапы на стоянке, фото из архива
Пикапы на стоянке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ilin sonunda məlum olub ki, "General Motors" artıq 2025-ci ilə qədər 30 yeni elektrik avtomobili istehsal etmək niyyətindədir.

BAKI, 29 yanvar — Sputnik. Birləşmiş Ştatlarda ən böyük avtomobil istehsalçısı "General Motors" şirkəti 2035-ci ilə qədər tamamilə benzin və ya dizel mühərriki ilə işləyən avtomobillərin istehsalından imtina etmək niyyətindədir. Bununla da şirkət elektrik avtomobillərində fokuslanmaq niyyətindədir. Bu barədə Sputnik Azərbaycan "CNBC"-yə istinadən xəbər verir.

2040-cı ildə isə şirkət karbohidar-neytral olmağı planlaşdırılır.

Şirkətin davamlı inkişaf məsələləri üzrə direktoru Deyn Parker bildirib ki, şirkət yeni istiqamət üzrə səmərəliliyə nail olmaq istəyir. Şirkətin rəhbərliyi əmindir ki, texnoloji problemlərə baxmayaraq, bu hədəfin öhdəsindən gələcək.

"General Motors"-un icraçı direktoru qeyd edib ki, şirkətin havaya buraxdığı karbon dioksidi 75 faizi, daxiliyanma mühərriki olan avtomobillərin payına düşür: "Məhz buna görə şirkət elektrik avtomobillərinə keçidi sürətləndirmək istəyir".

Ötən ilin sonunda məlum olub ki, "General Motors" artıq 2025-ci ilə qədər 30 yeni elektrik avtomobili istehsal etmək niyyətindədir. İstehsala ümumilikdə 27 milyard dolların sərf olunması nəzərdə tutulur.

Qeyd edək ki, bununla da ABŞ şirkəti elektrik avtomobillərinə tam keçidin tarixini açıqlayan ilk avtomobil istehsalçısı oldu.

Xəbər lenti
0