Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanlılar benzinə nə qədər pul xərcləyirlər

Abunə olmaq
Azərbaycandakı sürücülərin təxminən yarısı (44%) bir ayda benzinə 100-200 manat vəsait xərcləyir. Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Media-Analiz Mərkəzinin keçirdiyi sorğunun nəticəsi təsdiqləyir.

Rəyi soruşulanların ¼-i yanacağa sərf etdikləri aylıq xərcin 100 manata qədər, 21%-i 200-300 manat, 10%-i isə 300 manatdan yuxarı olduğunu bildirib.

Sorğuda 725 respondent iştirak edib ki, onların da 86,8%-i kişilər, 13,2%-i isə qadınlar olub.

Yanvarın 4-də Tarif Şurası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xahişi əsasında ölkədə yanacağın qiymətinin qaldırılması barədə qərar qəbul edib. Beləliklə, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 AZN, dizel yanacağının qiyməti isə 0,80 AZN müəyyənləşdirilib.

Hazırda Azərbaycanda yalnız Aİ-92 markalı benzin və dizel yanacağı istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzin isə xaricdən istehlak olunur.

Azərbaycanda avtomobil sahiblərinin yanacağa nə qədər pul xərclədikləri barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

Xəbər lenti
0