12:04 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
2010

Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. Prosesin mayda başlanıb, sentyabrda bitirilməsi planlaşdırılır.

BAKI, 14 aprel - Sputnik. NATO ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri qoşunların Əfqanıstandan çıxarılmasına başlanması barədə razılığa gəliblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı DPA agentliyi diplomatik mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, bu qərar NATO ölkələrinin xarici işlər və müdafiə nazirlikləri rəhbərlərinin videokonfransında qəbul olunub.

Alyans prosesi mayın 1-dən başlayaraq bir neçə ay ərzində bitirmək niyyətindədir. Bu barədə NATO-nun bəyanatında deyilir.

Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. ABŞ Prezidenti Cozef Bayden proses zamanı amerikalı əsgərlərə hücum ediləcəyi təqdirdə taliblərə sərəncamında olan "bütün alətlər" vasitəsilə cavab verəcəyi ilə hədələyib. 

"Belə nəticəyə gəldim ki, tariximizdəki ən uzun müharibəni bitirmək və Amerika ordusunu evinə qaytarmaq lazımdır", - xalqa müraciətində ABŞ lideri bildirib.

"Tək mənim özümün razılaşacağım bir situasiya deyil, ancaq razılaşmaya sadiq qalacağam və ABŞ mayın 1-dən etibarən 11 sentyabr terror aktının 20-ci ildönümünədək qoşunlarını Əfqanıstandan çıxaracaq. Tələsməyəcəyik, bunu məsuliyyətlə, götür-qoy edərək, təhlükəsizliyi gözləyərək edəcəyik və proses tərəfdaş və partnyorlarımızla tam koordinasiya şəraitində keçiriləcək", - Bayden deyib. 

"Biz bölgədəki digər ölkələrdən, ilk növbədə Pakistan, Rusiya, Çin, Hindistan və Türkiyədən Əfqanıstanı dəstəkləmək üçün daha çox səy göstərmələrini xahiş edəcəyik. Onların hamısı Əfqanıstanın gələcəyinə əhəmiyyətli yatırım edib", - ABŞ Prezidenti əlavə edib.

Teqlər:
ABŞ, Əfqanıstan, NATO

Əsas mövzular