ABŞ müdafiə naziri yeni müharibələr üçün yeni strategiya təklif edir

© AP Photo / Mindaugas KulbisСолдаты НАТО, фото из архива
Солдаты НАТО, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
"Bundan sonrakı böyük savaşı əvvəlkilərdən fərqli formada icra edəcəyik. ABŞ ordusu dünyanın ən geniş imkanlara malik gücü olmaqla yetinməməlidir" - müdafiə naziri.

BAKI, 1 may — Sputnik. ABŞ Müdafiə naziri Lloyd Ostin kiberhücum və kosmosla bağlı hücumlar, həmçinin böyük müharibələri aparmaq üçün müdafiə strategiyasının inkişaf etdirilməsinin vacibliyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir İraq və Əfqanıstan müharibələrini üstələyəcək strategiya formalaşdırılmasının əhəmiyyətli olduğunu deyib.

“Hərbi güc diplomatiyanı dəstəkləməlidir. ABŞ hərbi qüvvələri diplomatiyadan ayrı tutula bilməz. Milli gücümüzün bütün vasitələrinin tətbiq olunduğu siyasət həyata keçirməliyik. Həyatımın son 20 ilini köhnə müharibələrin nəticələri ilə mübarizədə keçirmişəm. Bundan sonrakı böyük savaşı əvvəlkilərdən fərqli formada icra edəcəyik. ABŞ ordusu dünyanın ən geniş imkanlara malik gücü olmaqla yetinməməlidir”, – deyə o bildirib.

Xəbər lenti
0