20:56 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
245 0 0

Gürcüstan əldə etdiyi bu uğura görə Azərbaycan və eyni zamanda da Ermənistanla müqayisədə də yüksək nəticələr əldə edib

BAKI, 9 iyul — Sputnik. Bu gün Avropa Birliyinin qənaətinə görə, Gürüstan sərhədlərini aça biləcək və güvənli hesab edilə biləcək 15 ölkədən, eyni zamanda Sovet Birliyindən çıxmış, bu göstəricilərinə görə, yeganə belə ölkədir. Sputnik Azərbaycan-ın "BBC"-yə isitnadən məlumatına görə, Gürcüstanda bu uğurun arxasında elm adamları dayanır.

3 milyon 700 min əhalisi olan Gürcüstanda COVID-19-a ilk yoluxmadan bu günədək rəqəmlər artmayıb. Bu ölkədə ümumi yoluxanların sayı 1000, ölənlərin sayı isə 15 olub. Bu gün bütün dünyanın savaşdığı COVID-19 virusu ilə bağlı Gürcüstanda rəqəmlərin az qeydə alınmasının arxasında "3 silahdaş" olaraq adlandırılan Gürcüstanın Beynəlxalq Pandemik Xəstəliklərə Nəzarət və Xalq Sağlıq Mərkəzinin (NCDC) rəhbəri Amiran Gamkrelidze, Laboratoriyalar Mərkəzinə görə səlahiyyətli olan Paata İmnadze və Tbilisi Pandemiya Xəstəlikləri, QİÇS və İmmunitetlə bağlı Araşdırmalar Mərkəzinin baş virusoloqu Tengiz Tsertsvadze dayanır.

Belə ki, Gürcüstan əldə etdiyi bu uğura görə Azərbaycan və eyni zamanda da Ermənistanla müqayisədə də yüksək nəticələr əldə edib. Belə ki, Ermənistanda ümumilikdə COVID-19-a yoluxanların sayı 26 mini, ölənlərin sayı 500 mini ötdüyü halda artıq demək olar ki, Gürcüstanda COVID-19-la bağlı rəqəmlər donub.

Bəs Gürcüstan buna necə nail oldu?

Ölkədə ilk koronavirusa yoluxma faktının qeydə alındığı bu ilin fevralından bir qədər sonra, martda Gürcüstanda bütün təhsil müəssisələri bağlandı. Martın 21-də karantin elan olundu və insanların toplu yığışması, səyahət etməsi qadağan olundu. Qəbiristanlığı ziyarət etmək qadağan olundu.

Gürcüstanın baş naziri isə açıqlamasında bu uğura necə nail olduqları ilə bağlı danışaraq bildirib ki, onlar hələ bu ilin yanvarında, yəni, ölkədə ilk yoluxma faktının qeydə alınmasından bir ay öncə, dünyada virusun o qədər geniş vüsət almadığı dövrdə elm adamları ilə birgə ümumi vəziyyəti dəyərləndirə bilmişdilər.  

Bu qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətin nəzarətə alınması üçün ölkənin ən sayılıb-seçilən elm adamları da bu işə cəlb edildilər. Davamlı olaraq maarifləndirmə aparıldı ki, əhali arasında çaşqınlıq yaranmasın. Bundan başqa, ciddi və sərt qadağalar tətbiq edildi. Zamanında qaydalara, tələblərə məhəl qoymayanlara qarşı sərt qərarlar verilib. Belə ki, qaydaları pozan fiziki şəxslərə 1000 dollar, hüquqi şəxslərə isə 3000 dollar cərimə tətbiq edildi.

Alim Amiran Gamkrelidze ölkənin pandemiya ilə mübarizəsindəki uğurunu isə belə izah edir: "Əhalinin hər bir milyonuna 30 min test edərək alt standartları əldə etməyə nail olduq. Beləcə Gürcüstanda müsbətə doğru, yəni, yaxşılaşma ilə bağlı nəticələr ümumi nəticələrin 86 faizini təşkil etdi. Lakin təəssüf ki, itkilərimiz də oldu, 15 nəfər dünyasını dəyişdi. Bu da təxminən 1.6 faiz deməkdir, lakin digər ölkələrlə müqayisədə bu rəqəm kifayət qədər aşağıdır".

"Bu gün Gürcüstan onunla qonşu olan ölkələr arasında bir ada rolunu oynamaqla ən sağlam mühit kimi görünürsə belə, rəqəmlər aşağı olduğu halda belə, biz rahatlaşmamalıyıq, təhlükəni hər an gözə almalıyıq", - deyə o əlavə edib.

Beləcə sərt qaydalar və cərimələrin də hökm sürdüyü bir ərəfədə əksəriyyət elm adamlarının tövsiyələrinə əməl etməyə üstünlük verdi. Hökumət isə qoyulan bütün tələblərə əməl etdiyi üçün əhaliyə xüsusi təşəkkür edib.

Hazırda Gürcüstanda vəziyyət necədir?

Bu gün Gürcüstanda iş yerlərinin, kafe və restoranların çoxu bağlıdır. Bu cür yerlərin qapalı olanlarında isə maska taxmaq mütləqdir.

Hökumət iyulun 1-dən etibarən sərhədləri açmağı düşünsə də, hələlik bu qərarı təxirə salıb.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)

Əlaqədar

Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
Azərbaycanın bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı - koronavirusa görə
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi
Səhiyyə Nazirliyi koronavirus xəstələrinin evdə müalicə prosedurunu açıqladı
Teqlər:
təcrübə, Gürcüstan, COVID-19, Koronavirus

Əsas mövzular