CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları

© REUTERS / Ariana DrehslerПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi məlumata görə, yoluxanların cins tərkibi dəyişməyib. Belə ki, COVID-19 xəstələrinin 54 faizi qadınlar, 46 faizi kişilərdir

BAKI, 9 iyul — Sputnik. Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arası insanlardır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumat koronavirusinfo.az saytında yer alıb. Belə ki, ölkə üzrə yoluxanların 5 faizi 0-9 yaş arası, 6 faizi 10-19 yaş arası, 14 faizi 20-29 yaş arası, 18 faizi 30-39 yaş arası, 15 faizi 40-49 yaş arası, 21 faizi 50-59 yaş arası, 16 faizi 60-69 yaş arası, 4 faizi 70-79 yaş arası, 2 faizi 80 və yuxarı yaş arası insanlardır. Rəsmi məlumata görə, yoluxanların cins tərkibi dəyişməyib. Belə ki, COVID-19 xəstələrinin 54 faizi qadınlar, 46 faizi kişilərdir.

Xəbər lenti
0