06:52 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4410

"Kimin ki nüvə silahı var, ondan təzyiq vasitəsi kimi istifadə edir, olmayanları hədələyir. Ya onu hamı üçün qadağan etmək, ya da hamıya icazə vermək lazımdır"

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan nüvə silahının təzyiq rıçağı kimi istifadə edilməsini ədalətsiz adlandırıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Ərdoğan ya bu silahı qadağan etməyə, ya da bütün ölkələr üçün əlçatan etməyə çağırıb.

"Bu gün ədalətsizlik problemi ilə üz-üzəyik. Kimin ki nüvə silahı var, ondan təzyiq vasitəsi kimi istifadə edir, olmayanları hədələyir. Ya onu hamı üçün qadağan etmək, ya da hamıya icazə vermək lazımdır", - Ərdoğan deyib.

O, həmçinin BMT-nin Təşlükəsizlik Şurasının tərkibini dəyişməyi də təklif edib: "Dünya 5 ölkədən (TŞ-nin daimi üzvlərindən) çoxdur. Bu mentaliteti dəyişməyin vaxtı çoxdan çatıb".

Əlaqədar

Xameneyi nüvə silahının istehsalını qadağan edən fətva verib
İran nüvə silahı ilə bağlı bəyanat verdi
Ərdoğan nüvə silahı haqqında: "Mən bunu qəbul etmirəm"
Teqlər:
BMT TŞ, BMT, nüvə silahı, Türkiyə, Rəcəb Tayyip Ərdoğan

Əsas mövzular