Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qiyamət gününün ssenarisi: Dünya bu səbəblərdən məhv olacaq

Abunə olmaq
“Rusiyanın ABŞ-a və ya ABŞ-ın Rusiyaya qəsdən hücum etməsi ağlabatan ssenari deyil. Burada başqa səbəblər barədə narahat olmaq lazımdır”

BAKI, 15 sentyabr — Sputnik. Səhv təhlükə siqnalına reaksiya və ya lokal münaqişənin eskalasiyası ABŞ və Rusiya arasında nüvə müharibəsinin başlamasına səbəb ola biləcək ən real ssenarilərdir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatov deyib.

Xatırladaq ki, bu günlərdə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə müharibəsinin başlaması riskinin olduğunu bəyan edib.

Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
"Nüvə müharibəsi başlaya bilər" – Rusiya xəbərdarlıq etdi

"Strateji stabillik sahəsindəki vəziyyət pisləşməyə davam edir. Təəssüf ki, bu, faktdır, danılmaz faktdır. Risklər də artmaqdadır... hətta tərəflərin nüvə münaqişəsini başlamaq niyyətinin olmadığı vəziyyətdə belə, nüvə müharibəsinin başlaması riski var. Xüsusilə son il ərzində mənfi dinamika müşahidə olunur", - Ryabkov deyib.

Akademik Arbatov güman edir ki, əgər nüvə münaqişəsi başlasa bu qəsdən edilməyəcək, belə ki, heç bir tərəf qələbə qazanmaq niyyəti ilə nüvə müharibəsini başlamır: hər iki tərəf bilir ki, belə bir müharibədə qələbə qazanmaq mümkün deyil.

“Rusiyanın ABŞ-a və ya ABŞ-ın Rusiyaya qəsdən hücum etməsi ağlabatan ssenari deyil. Burada başqa səbəblər barədə narahat olmaq lazımdır”, - Arbatov vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan nüvə silahı haqqında: "Mən bunu qəbul etmirəm"

Texniki nasazlıq

Mütəxəssisin sözlərinə görə, nüvə müharibəsinin başlamasına texnika ilə bağlı problemlər səbəb ola bilər.

“Birincisi, nüvə münaqişəsi raket hücumuna qarşı xəbərdarlıq sistemlərində texniki nasazlıqlar səbəbindən başlaya bilər. Onlar (xəbərdarlıq sistemləri – red.) müntəzəm olaraq səhv xəbərdarlıq verirlər və böhran vəziyyətində  tərəflərdən bir bu xəbərdarlıqlara çox sərt reaksiya versə, nüvə müharibəsi başlaya bilər”, - Arbatov deyib.

Onun sözlərinə görə, səhv təhlükə siqnalı texniki nasazlıq və ya nüvə terrorçularının təxribatı ilə bağlı ola bilər.

Eskalasiya

Akademik həmçinin hesab edir ki, nüvə müharibəsi lokal münaqişənin qloballaşması nəticəsində də baş verə bilər.

Atom Elektrik Stansiyası - Sputnik Azərbaycan
Nüvə sazişi uçurum kənarında: Təcili görüş keçiriləcək

Onun sözlərinə görə, haradasa lokal silahlı münaqişə yarana bilər: “Və məğlub olduğunu görən tərəf münaqişəni dayandırmaq, de-eskalasiyanı təmin etmək üçün nüvə silahından məhdud şəkildə istifadə etmək qərarına gələ bilər. Lakin digər tərəfin də buna cavab olaraq nüvə silahını tətbiq etməsi ilə eskalasiya baş verəcək və tərəflərin bir-birinə qarşılıqlı zərbələri artacaq”, - Arbatov deyib.

Ekspertin fikrincə, ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair sazişə xitam verilməsi və ortamənzilli raket sistemlərinin yerləşdirilməsi bu tip riskləri artırır.

Arbatov izah edib ki, Amerikanın ortamənzilli sistemləri Avropa və Asiyada yerləşdirilməsi Rusiya üçün strateji xarakter daşıyır: Moskva bu sistemlərin hər hansı bir formada istifadəsinə strateji səviyyədə cavab verəcək, bu isə öz növbəsində Amerikanın strateji səviyyədə cavabına gətirib çıxaracaq.

Xəbər lenti
0