BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan nüvə silahının təzyiq rıçağı kimi istifadə edilməsini ədalətsiz adlandırıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Ərdoğan ya bu silahı qadağan etməyə, ya da bütün ölkələr üçün əlçatan etməyə çağırıb.
"Bu gün ədalətsizlik problemi ilə üz-üzəyik. Kimin ki nüvə silahı var, ondan təzyiq vasitəsi kimi istifadə edir, olmayanları hədələyir. Ya onu hamı üçün qadağan etmək, ya da hamıya icazə vermək lazımdır", - Ərdoğan deyib.
O, həmçinin BMT-nin Təşlükəsizlik Şurasının tərkibini dəyişməyi də təklif edib: "Dünya 5 ölkədən (TŞ-nin daimi üzvlərindən) çoxdur. Bu mentaliteti dəyişməyin vaxtı çoxdan çatıb".