Türkiyəni təhdid edən ABŞ-da yeni qalmaqal

© Sputnik / Mediabanka keçid"S-400" havadan müdafiə sistemi
S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Tayvan 2,2 milyard dollar qarşılığında 108 ədəd "M1A2T Abrams" tankı və 250 "Stringer" raketi alacaq

BAKI, 10 iyul — Sputnik. Türkiyəni Rusiyadan "S-400" havadan müdafiə sistemi aldığı üçün sanksiyalarla hədələyən Birləşmiş Ştatlar rəsmən tanımadığı Tayvana 2,2 milyard dollarlıq silah satışına razılıq verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pentaqona bağlı ABŞ Müdafiə Təhlükəsizliyi İşbirliyi Agentliyi (DSCA) ABŞ Dövlət Departamentinə mümkün silah satışlarına razılıq verməsi barədə Konqresi məlumatlandırıb. Tayvan 2,2 milyard dollar qarşılığında 108 ədəd "M1A2T Abrams" tankı və 250 "Stringer" raketi alacaq.

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Ankaradan Vaşinqtona şok ittiham: ABŞ-ın yeni anti-Türkiyə addımı ifşa olundu

Bundan əlavə, ABŞ bu razılaşma çərçivəsində xeyli sayda silah-sursat, "Hercules" zirehli texnikası və ağır texnika daşıyıcılarını da Tayvana satacaq.

Konqresə göndərilən məlumatda qeyd olunur ki, həyata keçirilməsi planlaşdırılan bu satış Tayvanın müdafiə qabiliyyətini yüksəldəcək, lakin bölgədəki hərbi balansı pozmayacaq.

Birləşmiş Ştatlar rəsmi olaraq tanımamasına baxmayaraq Çinin öz ərazisi, əyaləti olaraq gördüyü Tayvanın əsas silah təchizatçısıdır. ABŞ əsasən Tayvana müdafiə xarakterli silahlar satır.

Satışla bağlı müzakirələrin başlaması üçün Konqresin 30 gün ərzində məsələ ilə bağlı hər hansı bir etirazı olmamalıdır. 30 günün sonunda ABŞ-ın Tayvana təklif məktubu təqdim etməsi ilə satış müzakirələri başlayacaq.

Xəbər lenti
0