00:48 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Kosmik raket

Ermənistan “Geokosmos”u: Daxilə hesablanmış gülünc və köhnə lətifə

© AFP 2018 / Kirill KUDRYAVTSEV
DÜNYA
Qısa URL
726 0 0

Ermənistanın hansısa ölkə ilə hökumətlərarası sazişlərində kosmik kəşfiyyat sahəsində əməkdaşlığa dair söz belə yoxdur

BAKI, 15 fevral — Sputnik. Bəzi xarici mətbuat orqanları və demək olar ki, bütün erməni mediası Ermənistan hökumətinin yeni yaranmış “Geokosmos” QSC-yə 625 min dollar ayırması barədə xəbər yayıb. Bu məbləğ əvvəllər haqqında heç kimin eşitmədiyi “qəbul stansiyasının proqram-texniki kompleksinin modernləşdirilməsi və işlək vəziyyətə gətirilməsi” üçün ayrılıb. Sputnik Azərbaycan Tərəqqiyə Yardım Amerika-Azərbaycan Fondunun baş eksperti Aleksey Sinitsınla həmsöhbət olub.

- Bu gözlənilməz informasiya sızdırılmasının arxasında nə dayanır?

— Bu, adi dezinformasiyadır. Həm də elə savadsızcasına hazırlanıb ki, onu ifşa etmək də problem deyil. Gəlin, əvvəlcə özümüzə sual verək – nə vaxt və harada hərbçilər kəşfiyyat bölməsini mülki şirkət kimi “işlədəndə” bu barədə bütün dünyaya xəbər veriblər? Bizim söhbətimiz “Geokosmos” QSC-dən gedir.

ARAYIŞ: Erməniyönümlü REGNUM informasiya agentliyinin bir müddət əvvəl yaydığı xəbərə görə, "bəzi müşahidəçilərin fikrincə, Ermənistan silahlı qüvvələri yalnız Rusiya və KTMT üzvü olan ölkələrin deyil, başqa dövlətlərə məxsus peyklərdən də məlumat ala biləcəklər ".

Niyə Ermənistana simpatiyasını gizlətməyən REGNUM İA, ümumiyyətlə Ermənistan silahlı qüvvələri tərəfindən kosmosdan informasiya alınmasının texnologiyasını açıqlayır? Agentlik Azərbaycan ordusuna, hərbçilərin sözü ilə desək, “hərbi texnika və sursatın kosmik kəşfiyyatdan şəhər, bitki və qrunt  fonunda  görünməmək üçün maskalanmağı” məsləhət görür? Bu ki absurddur.

Türk tankları, arxiv şəkli
© Foto : Turkish Military/Pool Photo via AP

Yeri gəlmişkən, niyə, necə deyərlər, erməni dili kultunun olduğu bir ölkədə yeni müəssisəyə “Geokosmos” adı verilib? Niyə ermənicə “kosmos” mənasını verən “taratsutyun” sözündən istifadə edilmir? Cavab yalnız bir ola bilər – müəssisə yalnız əcnəbi mülki təyinatlı şirkətlərlə əməkdaşlıq edəcək. Güman edirəm ki, “Geokosmos”un qəbuledici stansiyasının modernləşdirilməsi üçün 625 min dollar hansısa əcnəbi bankdan götürüləcək.

- Bəs Ermənistanda qəbuledici kosmik stansiya haradan əmələ gəlib?

— Güman etmək olar ki, bu, Rusiyanın keçən il bağlanmış “Geokosmos” şirkətinin qalığıdır. Onu 1993-cü ildə rusiyalı biznesmen Sergey Melnikov yaradıb. Onun “Geokosmos”u əvvəlcə ABŞ-ın GeoEye şirkəti ilə hansısa işgüzar əlaqələrə malik idi. Bu şirkətin özünün GeoEye-1 peyki var idi. Yeri gəlmişkən, onun aparatları heç cür hərbi peyklər standartına uyğun gəlmirdi. Lakin amerikalılar rəqabətə davam gətirməyərək DigitalGlobe şirkəti tərəfindən sıradan çıxarıldılar. Bu şirkətlər ilə Melnikovun əməkdaşlığı alınmadı.

2012-ci ildən "Geokosmos" peyk monitorinqi bazarından gedib, sonra isə ümumiyyətlə fəaliyyətini dayandırıb. İstənilən halda əgər qəbuledici stansiyanın bərpasına yarım milyon dollardan çox vəsait tələb olunursa, demək o, tamamilə dağılmış vəziyyətdədir.

- Tutaq ki, erməni mütəxəssislər qəbuledici stansiyanı normal hala gətirə bildilər. Onda onlar Rusiya Hərbi-Kosmik Qüvvələrindən və ya Qərb ölkələrindən görüntülər ala biləcəklər?

— Əlbəttə, yox. Nə KTMT-nin sənədlərində, nə də Ermənistanın hansısa ölkə ilə hökumətlərarası sazişlərində kosmik kəşfiyyat sahəsində əməkdaşlığa dair söz belə yoxdur. Başqa sözlə, bu əməkdaşlıq üçün hüquqi baza yoxdur.

Həm də tək qəbuledici stansiya ilə kosmik kəşfiyyat olmur. Məsələn, İraq müharibəsində sadəcə iki zirehli texnika kolonnasının aşkar edilməsi üçün üç “Kixoul-11” və 3 “Lakross” peykindən istifadə olunub. Onların orbitləri elə seçilib ki, hər 2-3 saatdan bir onlardan biri İraq ərazisinin üzərindən keçərək məlumatı yerdəki 20-dək qəbuledici stansiyaya ötürüb.

İndi texniki tərəqqi daha da irəliləyib, məxfilik rejimləri isə daha ciddi olub. Bu mənada Rusiyanın kosmik kəşfiyyatı ən məxfiləşdirilmiş strukturdur. Yeri gəlmişkən, indi Sergey Şoyqunun sözlərinə görə, “Liana” yeni nəsil kosmik kəşfiyyat sistemi işə salınıb. Onun əsas elementləri “Lotos-S” və “Pion-NKS” peyklər şəbəkəsidir. Bu sistem artıq Suriyada sınaqdan çıxarılıb.

Bilirsiniz hərbi peyklər mülki təyinatlılardan nə ilə fərqlənir? Yalnız texniki imkanları ilə yox. Hərbi peyklərdən məlumat yerə şifrələnmiş şəkildə ötürülür. Yəni ruslar və ya amerikalılar öz şifrə açan aparatlarını Ermənistanın “Geokosmos”una verəcəklər? Ermənilər həmin dəqiqə rusların məlumatını amerikalılara, amerikalıların məlumatını isə ruslara ötürərlər.

- O halda bu “Geokosmos” QSC və onun qəbuledici stansiyası Ermənistanın nəyinə lazımdır?

— Əgər stansiya həqiqətən işləsə, nəzəri olaraq ermənilər “Yerin məsafədən izlənməsi” problematikası üzrə “Rusiya kosmik sistemləri” SC və ABŞ-ın Planet Labs və SkyBox şirkətləri ilə əməkdaşlıq edə biləcəklər. Onda qiymətli sifarişlər də ala bilərlər.

Lakin heç bir mülki şirkət hər hansı bir dövlətin lehinə onun qonşusuna qarşı casusluq etməz. Onların həm bunun üçün texniki imkanları yoxdur, həm də reputasiya riskləri böyükdür. Çünki belə əməkdaşlığı çox gizlətmək olmaz.

ARAYIŞ: Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan bu günlərdə jurnalistlərə bəyan edib ki, “Geokosmos” QSC ilə əməkdaşlıq barədə qərar ölkənin kosmik texnologiyalar vasitəsilə kəşfiyyat imkanlarını genişləndirəcək.

Ona görə də “Ermənistanın kosmik kəşfiyyatının yaradılması“ barədə  bütün bəyanatları mən erməni hərbçiləri tərəfindən pis hazırlanmış dezinformasiya hesab edirəm. Lakin erməni “Geokosmos”u ilə bağlı əhvalat daxili auditoriya üçün nəzərdə tutulmuş adi təbliğat oyunu ola bilər.

Teqlər:
dezinformasiya, Geokosmos” QSC, Aleksey Sinitsın, Ermənistan

Əsas mövzular