QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan prezidentliyinə namizəd Azərbaycanın ərazi bütövlüyünü pozdu

© Sputnik / Igor Russak / Mediabanka keçidArmen Sarkisyan
Armen Sarkisyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan prezidentliyinə namizəd Qarabağdakı separatçı rejimin başçısı ilə görüşüb

BAKI, 10 fevral — Sputnik. Ermənistan prezidentliyinə əsas namizəd sayılan Armen Sarkisyan Azərbaycanın işğal altında olan bölgəsinə səfər edib.

Sputnik Azərbaycan Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Təkbətək görüşdən sonra Sarkisyan və Saakyanın görüşü geniş tərkibdə davam edib.

Elxan Şahinoğlu, politoloq - Sputnik Azərbaycan
Elxan Şahinoğlu: Sarkisyan yenidən Ermənistanı idarə etməyə çalışacaq

Qeyd edək ki, Armen Sarkisyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizədidir. A.Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarksyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.

2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın 2-də parlamentdə prezident seçkisi keçiriləcək.

Xəbər lenti
0