17:58 06 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
49010

Adrian Qalovey: "Menbiçdə İŞİD-ə qarşı döyüşmək üçün hərbi təlim keçdiyimiz PYD-lilər var"

BAKI, 31 yanvar — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon — Pentagon) mətbuat katibi Adrian Qalovey (Adrian Galloway), türk ordusunun Afrindən sonra Menbiçə girəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib. Sputnik Türkiyə xəbər verir ki, amerikalı sözçü Menbiç məsələsinin ikitərəfli əməkdaşlıqla həll oluna biləcəyini söyləyib.

Türkiyə ordusu
© Photo : Caglar Ozturk / Dogan News Agency via REUTERS

Jurnalistin "Menbiçdə amerikalı əsgərlər var. Türk ordusu ilə qarşıdurma təhlükəsi varmı" sualına Qalovey belə cavab verib: "Türkiyə ilə mövcud bütün problemləri həll etmək üçün səy göstəririk. Onların təhlükəsizlik qayğılarını anlayırıq. Suriyanın şimal-qərbindəki vəziyyət bizi də narahat edir. Ancaq nəzərinizə çatdırım ki, Afrindəki PYD silahlıları İŞİD-ə qarşı döyüşənlər arasında deyil. Oradakı qruplarla ABŞ-ın heç bir əlaqəsi yoxdur".

"Qaldı ki, Menbiç probleminə, bəli, orada İŞİD-ə qarşı döyüşmək üçün hərbi təlim keçdiyimiz PYD-lilər var. Onlar Demokratik Suriya Qüvvələri tərkibində İŞİD-lə mübarizə aparırlar. Türk ordusunun Menbiçə girəcəyi söylənilir. Zənnimcə, hərbi əməliyyata ehtiyac olmadan biz bu problemi həll edə bilərik", — amerikalı sözçü qeyd edib.

Adrian Qalovey Suriyanın şimalında ABŞ-ın yaratmaq istədiyi və əksəriyyətini PYD terrorçularının təşkil etdiyi 30 minlik sərhəd mühafizə ordusu haqda da danışıb: "Xeyr, bu, ordu deyil. Bizi yanlış anladılar. Məqsədimiz İŞİD terrorçularının Suriyadan çıxmasını əngəlləməkdir. 30 minlik sərhəd mühafizə dəstəsi də bu vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulub".

Qeyd edək ki, hazırda nə Suriya, nə də İraq ərazisində İŞİD-in nəzarət etdiyi bölgə var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu nüansa diqqət çəkərək, "Suriyada savaşacaq İŞİD-çi qalmayıb, amma Amerika hələ də İŞİD-lə mübarizədən bəhs edir. Siz kimi aldadırsız? Türkiyə öz sərhədində PYD-dən ibarət terror dövləti qurulmasına imkan verməyəcək", — açıqlamasını verib.

Əlaqədar

Terrorçular pusqudan hücum ediblər: Türkiyə yenə şəhid verdi
Soçidə gözlənilməz vəziyyət: Türkiyə niyə tək qaldı?
Sadıxov: “Türkiyə Amerika ilə razılığa gəlib”
"Amerika türk ordusundan çəkinib öz müttəfiqinə xəyanət etdi"
Türkiyə ordusu Afrində 616 terrorçunu məhv edib
Türk ordusunun uğurları davam edir
Teqlər:
Adrian Galloway, Adrian Qalovey, Afrin, Menbiç, türk ordusu, PYD, Pentaqon, Suriya, Pentagon, ABŞ, İŞİD

Əsas mövzular