Pentaqonda narahatlıq: Türk ordusu Menbiçə girmədən bu işi həll etməliyik

© REUTERS / STRTürkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il
Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Adrian Qalovey: "Menbiçdə İŞİD-ə qarşı döyüşmək üçün hərbi təlim keçdiyimiz PYD-lilər var"

BAKI, 31 yanvar — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon — Pentagon) mətbuat katibi Adrian Qalovey (Adrian Galloway), türk ordusunun Afrindən sonra Menbiçə girəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib. Sputnik Türkiyə xəbər verir ki, amerikalı sözçü Menbiç məsələsinin ikitərəfli əməkdaşlıqla həll oluna biləcəyini söyləyib.

Türkiyə-Suriyə sərhədinə yaxın Hatay əyalətinin Hassa şəhərində türk əsgərləri, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Türk ordusundan daha bir qələbə xəbəri

Jurnalistin "Menbiçdə amerikalı əsgərlər var. Türk ordusu ilə qarşıdurma təhlükəsi varmı" sualına Qalovey belə cavab verib: "Türkiyə ilə mövcud bütün problemləri həll etmək üçün səy göstəririk. Onların təhlükəsizlik qayğılarını anlayırıq. Suriyanın şimal-qərbindəki vəziyyət bizi də narahat edir. Ancaq nəzərinizə çatdırım ki, Afrindəki PYD silahlıları İŞİD-ə qarşı döyüşənlər arasında deyil. Oradakı qruplarla ABŞ-ın heç bir əlaqəsi yoxdur".

"Qaldı ki, Menbiç probleminə, bəli, orada İŞİD-ə qarşı döyüşmək üçün hərbi təlim keçdiyimiz PYD-lilər var. Onlar Demokratik Suriya Qüvvələri tərkibində İŞİD-lə mübarizə aparırlar. Türk ordusunun Menbiçə girəcəyi söylənilir. Zənnimcə, hərbi əməliyyata ehtiyac olmadan biz bu problemi həll edə bilərik", — amerikalı sözçü qeyd edib.

Adrian Qalovey Suriyanın şimalında ABŞ-ın yaratmaq istədiyi və əksəriyyətini PYD terrorçularının təşkil etdiyi 30 minlik sərhəd mühafizə ordusu haqda da danışıb: "Xeyr, bu, ordu deyil. Bizi yanlış anladılar. Məqsədimiz İŞİD terrorçularının Suriyadan çıxmasını əngəlləməkdir. 30 minlik sərhəd mühafizə dəstəsi də bu vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulub".

Qeyd edək ki, hazırda nə Suriya, nə də İraq ərazisində İŞİD-in nəzarət etdiyi bölgə var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu nüansa diqqət çəkərək, "Suriyada savaşacaq İŞİD-çi qalmayıb, amma Amerika hələ də İŞİD-lə mübarizədən bəhs edir. Siz kimi aldadırsız? Türkiyə öz sərhədində PYD-dən ibarət terror dövləti qurulmasına imkan verməyəcək", — açıqlamasını verib.

Xəbər lenti
0